İrakli Kobaxidze: QHT lərin siyasi müdaxilə alətinə çevrilməsinə yol vermək olmaz
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
QHT-lərin siyasi müdaxilə alətinə çevrilməsinə yol vermək olmaz, müxalifət sanksiyalar məsələsində geri çəkilməyə məcbur oldu.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze qeyri-hökumət təşkilatlarının (QHT) xarici maliyyə mənbələri vasitəsilə ölkənin daxili siyasətinə müdaxilə etmələrinin yolverilməz olduğunu deyib.
O, ABŞ-nin FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) qanununun Gürcüstanda analoqunun qəbul edilməsinin alternativsiz olduğunu vurğulayıb.
"ABŞ hökuməti etiraf edib ki, USAID, NED və digər mexanizmlər müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda sabitliyi pozmaq üçün istifadə olunub. Belə şəraitdə QHT-lərin fəaliyyətində tam şəffaflığın təmin edilməsi vacibdir. Onların xarici maliyyələşmə vasitəsilə siyasi müdaxilə alətinə çevrilməsinə yol vermək olmaz”, - Baş nazir qeyd edib.
Kobaxidzenin sözlərinə görə, ölkənin daxili işlərinə xarici təsirlərin qarşısını almaq üçün bu qanunun qəbulu zəruridir.
Gürcüstanın Baş naziri həmçinin müxalifətin ölkəyə sanksiyalar tətbiq olunması ilə bağlı apardığı kampaniyanın nəticəsiz qaldığını bildirib. O, cəmiyyətin bu məsələyə fərqli yanaşması səbəbindən müxalifətin geri addım atmaq məcburiyyətində qaldığını söyləyib.
"Əgər sanksiyalar tətbiq edilsəydi, eskalasiya baş verəcək və iqtisadiyyat çökəcəkdi. Həmin dövrdə müxalifət məhz bunu tələb edirdi. İndi isə arqumentləri qalmadığı üçün yalan danışmağa məcburdurlar”, - o bildirib.
İ.Kobaxidze eyni zamanda sabiq prezident Salome Zurabişvilinin bu məsələdə yanlış açıqlamalar verdiyini deyib və bunu müxalifətin çətin vəziyyətdə olması ilə əlaqələndirib.
//report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 26 Fevral 2025 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















