İrakli Kobaxidze: Xarici qüvvələr gürcülərin birliyini pozmağa çalışırlar
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
Gürcüstanda 9 Aprel faciəsindən 36 il keçməsinə baxmayaraq, xarici qüvvələr Rustaveli prospektində zorakılığı davam etdirirlər. Onlar nifrəti qızışdırır, gürcülərin birliyini süni şəkildə pozmağa və azadlıq ideyasına qarşı mübarizə aparmağa çalışırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, aprelin 9-da Gürcüstanda Dövlət Müstəqilliyinin Bərpası haqqında Aktın Qəbulu Günü və Milli Birlik, Vətəndaş Razılığı və Vətən Uğrunda Şəhidlərin Anım Günü qeyd olunur. Paytaxt Tbilisidə isə nümayişçilər “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının siyasətinə etiraz olaraq, insanlara faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymağa imkan vermirlər. “9 Aprel xarici qüvvələrin həmvətənlərimizə qarşı zorakılıq etdiyi, eyni zamanda, ölkəni birləşdirən gürcülər arasında sevginin nifrətə qalib gəldiyi və azadlıq ideyasının köləlik üzərində qələbə qazandığı gündür. Təcrübə bizə öyrətdi ki, sevgi və azadlıq nifrət və köləliyə qalib gəlir. Biz nifrəti daha da gücləndirə bilmərik. Ölkəmizi xarici qüvvələrin planlaşdırdığı təxribatlardan qoruyacağıq”, - deyə Kobaxidze vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 09 Aprel 2025 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















