Icma.az
close
up
RU
İran 2028 ci ilə qədər 10 min ballistik raketə sahib ola bilər

İran 2028 ci ilə qədər 10 min ballistik raketə sahib ola bilər

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrailin İranın raket infrastrukturuna qarşı hərbi əməliyyatından sonra yüksək səviyyəli İsrail Müdafiə Qüvvələri (İMQ) mənbələri İslam Respublikasının yaratdığı təhlükənin miqyası ilə bağlı yeni məlumatlar təqdim ediblər.

Bizimyol.info xəbər verir ki, hərbi kəşfiyyatın hesablamalarına görə, İranın 13 iyun hücumundan əvvəl arsenalında 2500-ə yaxın ballistik raket olubi və onun istehsalını sürətlə artırıb.

“The Jerusalem Post” yazır ki, İMQ hesab edir ki, İran 2026-cı ilə qədər 6000, 2027-ci ilin avqustuna qədər 8800 raketə malik ola bilərdi və 2028-ci ilə qədər bu rəqəm 10.000-i ötə bilər. Mənbələrin sözlərinə görə, artım tempi misilsizdir.

İsrailin baş naziri Benyamin Netanyahu bu həftə deyib ki, İsrailin zərbəsi olmasaydı, İran qarşıdakı illərdə 20 min raketə sahib ola bilərdi. 400 buraxılış qurğusu xüsusi təhlükə yaradıb, hərbçilərin fikrincə, onların yarısı məhv edilib.

Bəzi zabitlər hesab edir ki, işə salan qurğuların üçdə ikisi sıradan çıxıb. Bu, İranın İsrailə raket atma sürətinin kəskin azalmasında əsas amilə çevrilib. Nəticədə, zabitlərin fikrincə, İranın ballistik raketlərinin təhlükəsi son illərdə ən aşağı səviyyədədir.

Lakin İMQ hesab edir ki, İranın hərbi sənayesinin bərpası sürətli ola bilər.

Nəşr qeyd edir ki, İsrailə atılan 500 ballistik raketdən (36 yaşayış məntəqəsi vurulub, 28 nəfər həlak olub, 1250-dən çox insan yaralanıb) nisbətən az sayda itki verilməsinə baxmayaraq, maddi ziyan əhəmiyyətli oldu: 2305 ev dağılıb, daha 13197 bina damsız qalıb. İsrail ordusu qeyd edir ki, İranın daha böyük arsenalı olsaydı, ölənlərin sayı yüzlərlə ola bilərdi və dağıntılar Təl-Əviv və Hayfanın böyük ərazilərini əhatə edərdi.

İsrail kəşfiyyatı hesab edir ki, İran 2024-cü ilin oktyabrında dağıdılmasına baxmayaraq hasilatı tez bir zamanda bərpa etmək qabiliyyətini nümayiş etdirib. Bu, raket proqramının dayandırılmasını daimi deyil, yalnız müvəqqəti tədbir olub.

Son əməliyyatlardan sonra İMQ-nin yüksək rütbəli zabitləri aydın bir nəticəyə gəliblər: İsrail ekzistensial təhlükədən qaçmaq üçün qətiyyətlə hərəkət etməli idi.

Mənbələrdən biri qeyd edib ki, “Biz geriyə dönməz nöqtənin astanasında idik”.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 İyun 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri