Icma.az
close
up
RU
İSB nin rəhbərliyi IFIGS in XIII Beynəlxalq Konfransında iştirak edib

İSB nin rəhbərliyi IFIGS in XIII Beynəlxalq Konfransında iştirak edib

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Vüsal Məsiyev və müavini Seymur Mirzəyev Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Beynəlxalq Sığorta Zəmanət Fondları Forumunun (IFIGS) XIII Beynəlxalq Konfransında və İllik Ümumi Yığıncağında iştirak ediblər.

525.az İSB-yə istinadən xəbər verir ki, Koreya Əmanətlərin Sığortalanması Korporasiyasının (KDIC) ev sahibliyi etdiyi tədbirə müxtəlif ölkələrdən sığorta zəmanəti və sığortalıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri, həmçinin maliyyə və sığorta sektorunun ekspertləri qatılıblar.

Tədbir çərçivəsində İcbari Sığorta Bürosu IFIGS-in yeni üzvü kimi təqdim olunub. V.Məsiyev çıxışında Azərbaycanın icbari sığorta sistemi, bu sahədə həyata keçirilən institusional islahatlar və rəqəmsallaşma təşəbbüsləri, eləcə də sığorta təminatı mexanizmlərinin təkmilləşdirilməsi üzrə ölkəmizin təcrübəsi barədə məlumat verib.

Konfransda mürəkkəb risklərin idarə olunması, böhranlara cavab tədbirlərinin gücləndirilməsi və sığortalıların hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi müzakirə edilib. İştirakçılar, həmçinin sığortaçıların maliyyə dayanıqlılığı və bu sahədə beynəlxalq təcrübənin tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.

IFIGS-ə üzvlük Büroya müxtəlif ölkələrin sığorta zəmanət mexanizmlərini öyrənmək, beynəlxalq ekspert müzakirələrində iştirak etmək və digər üzv qurumlarla birbaşa əməkdaşlığı genişləndirmək imkanı yaradır. Bu əməkdaşlıq çərçivəsində sığortalıların və zərərçəkmiş üçüncü şəxslərin hüquqlarının müdafiəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi də nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Noyabr 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see496

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see492

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see399

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see394

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see369

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see363

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see353

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see352

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see349

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see329

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see249

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see244

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see242

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see225

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see223

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see215

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see211

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri