“Politico”: Ukraynaya dəstək İtaliya üçün problemə çevrilib
Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya korvetinə hücumu İtaliyanın Baş naziri Corco Meloni üçün "baş ağrısı"na çevrilə bilər
Ukraynanın Liviya sahillərində Rusiya korvetinə hücumu İtaliyanın Baş naziri Corco Meloni üçün "baş ağrısı"na çevrilə bilər. AYNA.AZ xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Nəşr qeyd edib ki, "İtaliyada milli seçkilərin 2027-ci ilin yazında keçirilə biləcəyini nəzərə alsaq, Kiyevin Liviyada Rusiya hərbi gəmisinə və yük gəmisinə hücumları ənənəvi olaraq Şimali Afrika ölkəsi ilə sıx əlaqələri olan Kiyev müttəfiqi Romada mənfi reaksiyaya səbəb ola bilər".
Nəşrin məlumatına görə, Roma Liviyanın qeyri-sabitliyinin Şimali Afrika ölkəsində siyasi iğtişaşlara və Aralıq dənizi boyunca yeni miqrasiya dalğasına səbəb olacağından qorxur.
Qeyd olunub ki, Meloninin Ukraynaya fəal dəstəyi onun koalisiyasının bir hissəsi, eləcə də siyasi müxalifətin əhəmiyyətli bir hissəsi arasında narazılığa səbəb olur.
Sosioloq Lorenzo Pregliasko bildirib ki, "italyanlar tərəf tutmaqdan, münaqişələrdən və İtaliyanın hər hansı bir münaqişədə iştirakından qorxuruq".
Qeyd edək ki, noyabrın 22-də Liviyanın Benqazi limanında Rusiyaya məxsus "Merkuri" korvetində partlayış və yanğın baş verib. Ukrayna Prezidenti Volodimir Zelenski daha sonra bildirib ki, Rusiya korvetinə edilən hücumun arxasında Ukrayna Təhlükəsizlik Xidməti dayanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 25 Noyabr 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















