İran ABŞ dan atəşkəslə bağlı təklif alıb
Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran vasitəçilər vasitəsilə ABŞ-dan münaqişənin deeskalasiyası və atəşkəsin elan edilməsi ilə bağlı təklif alıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi brifinq zamanı bildirib. Oxuməni. az xəbər verir ki, məlumatı "RİA Novosti" yayıb.
"Təkliflər var, biz onları almışıq, lakin icazə verin, təfərrüatlara varmayım", - deyə diplomat brifinq zamanı qeyd edib.
O, iyul ayında Tehran və Vaşinqton arasında yaranmış gərginliyin azaldılması məsələsi ilə vasitəçilərin məşğul olduğunu dəqiqləşdirib.
Xatırladaq ki, Tehran və Vaşinqton iyunun 18-nə keçən gecə fevralın 28-də başlamış münaqişəyə son qoyulmasını nəzərdə tutan memorandum imzalayıblar. Tərəflər arasında təmaslar çox vaxt vasitəçilərin köməyi ilə həyata keçirilib.
İyul ayında tərəflər qarşılıqlı zərbələr mübadiləsini bərpa ediblər.
ABŞ prezidenti Donald Tramp iyulun 9-da atəşkəsin artıq qüvvədə olmadığını bəyan edib. Amerika tərəfi bunu Tehranın öz nəzarətində olan akvatoriyada ticarət gəmilərinə qarşı hərəkətlərinə cavab olaraq əsaslandırıb. Tramp, həmçinin belə bir vəziyyət təkrarlanacağı təqdirdə zərbələrin gücünü artıracağı ilə hədələyib.
İyulun 18-də Tehran ABŞ ilə sülh memorandumu üzrə öhdəliklərin yerinə yetirilməsini dayandırdığını rəsmən elan edib.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 20 İyul 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















