İran ABŞ ilə birbaşa danışıqları DAYANDIRIB KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranla ABŞ arasında birbaşa danışıqlar hazırda aparılmır. Tehran və Vaşinqton arasında əlaqə yalnız vasitəçilər üzərindən davam etdirilir.
KONKRET.az xəbər verir ki, bu barədə xarici işlər naziri Abbas Əraqçı çıxışında deyib.
A.Əraqçı bildirib ki, bir sıra ölkələr iki ölkə arasında danışıqların yenidən başlaması üçün diplomatik səylər göstərir.
Əraqçının sözlərinə görə, Tehran danışıqların bərpası üçün ABŞ-dan müəyyən addımlar gözləyir. İran tərəfi hərbi əməliyyatlarla bağlı razılaşmaların pozulmasının dayandırılmasını və dəymiş ziyanın ödənilməsini tələb edir.
“Hazırda ABŞ ilə danışıqlar aparmırıq, lakin vasitəçilər vasitəsilə mesaj mübadiləsi həyata keçirilir”, – deyə Əraqçı qeyd edib
Beləliklə, Tehranla Vaşinqton arasında gərginliyin azaldılması istiqamətində vasitəçilik cəhdləri davam etsə də, tərəflər arasında birbaşa dialoq hələlik mümkün görünmür.
Günay Əli
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 09 Avqust 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















