Icma.az
close
up
RU
“İran ABŞ ilə təkbətək sövdələşmək istəyir”

“İran ABŞ ilə təkbətək sövdələşmək istəyir”

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İranın ABŞ ilə danışıqları İstanbulda keçirməkdən, ümumiyyətlə Türkiyə də daxil olmaqla vasitəçilərdən imtina etməsinin bir səbəbi də təbii ki, vaxtilə mövcud olmuş sövdələşmələrin təfərrüatlarını başqalarının bilməsini istəməməsi ilə əlaqədardır. ABŞ - İran - İsrail arasında müxtəlif məsələlər var ki, onu Türkiyə və ərəb ölkələrinin iştirakı olmadan danışmaq istəyirlər. İsrail indiki İran rejimini vaxtilə Səddam Hüseyndən xilas edən başlıca qüvvə idi. Səddamın Oşirak nüvə stansiyalarını İsrail dağıtmışdı İranı qorumaq üçün. Həmçinin 8 illik müharibədə ABŞ ilə birgə İrana 3 milyard dollardan artıq dəyərdə silah, sursat, təyyarə hissələri, təchizat yollamışdı”. 

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib. 

O, bildirib ki, İran da indiyəcən quru təhdidlə İsrailin nüvə silahına sahib olmasına şərait yaradıb:

“Proksi qüvvələrin əli ilə hücumlar təşkil edərək İsrailin beynəlxalq aləmdə təhlükə qarşısında olduğunu əsaslandırması üçün əlindən gələni edib. Necə ki, sonucu müharibədə Həması İsrailə hücum etməyə təhrik edib nəticə etibarı ilə Qəzzanı İsrailin qucağına itələdi və milyonlarla insanın qətlinə maksimum imkan yaratdı. Türkiyənin neçə gündür ciddi-cəhdlə ABŞ-nin hərbi müdaxiləsinin qarşısını alması, Vaşinqtonu danışıqlara razı salması, İranın da son məqamda Tanrıya təpik atması əslində Ankara üçün də düşündürücü olacaq”. 

T.İrfan İranın ABŞ ilə təkbətək sövdələşmək istədiyini bildirib:

“Bu sövdələşmədə Türkiyə və ərəb ölkələri əleyhinə də məqamlar var. Əks halda vasitəçilərdən imtina mümkün deyildi. Demək istəyir ki, siz Əfqanıstan, İraq, Suriyanı dağıdanda çağırılmamış özümüzü yetirib sizə dəstək vermədikmi? Sizdən daha çox müsəlman qanı tökmədikmi? Məgər bu mənada biz sizə Türkiyədən daha yaxın deyilikmi? Elə isə daha Türkiyə niyə vasitəçilik edir? Gəlin oturaq özümüz danışaq, bəlkə bu dəfə də elə Türkiyənin özünün hədəfə gətirilməsində sizə yardım edə bilərik? Onsuz da bir sıra addımlar atmağa başlanılıb. Qatı Türkiyə əleyhdarı olan Nuri Malikinin İraqda yenidən hakimiyyətə gətirilməsinə İran ciddi dəstək verir. O hakimiyyətə gəlsə dərhal Suriya ilə müharibə vəziyyətinə keçəcək ki, bu da Türkiyənin maraqları və təhlükəsizliyi üçün regional təhdiddir. ABŞ prezidenti Tamp, Maliki haqqında hələ ki, mənfi rəy ifadə edib. Lakin İranla sövdələşmələrin baş tutması zəminində rəy dəyişə bilər. Tehran nüvədən, uzaqmənzilli raketlərdən imtina edərək qarşılığında İraqı, dolayı yolla da yenidən Suriyada üstünlük istəyə bilər”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Fevral 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri