Icma.az
close
up
RU
İran ABŞ müharibəsi Çini vurur : Pekin enerji böhranı ilə üz üzə...

İran ABŞ müharibəsi Çini vurur : Pekin enerji böhranı ilə üz üzə...

Sitat.info saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları Yaxın Şərqdə enerji bazarını ciddi şəkildə sarsıdıb. Müharibənin genişlənməsi ilə neft və qaz qiymətləri qısa müddətdə kəskin şəkildə yüksələrək qlobal iqtisadiyyat üçün yeni risklər yaradıb. Xüsusilə enerji idxalından asılı olan böyük iqtisadiyyatlar bu prosesdən daha çox zərər görür. Bu ölkələrin başında isə dünyanın ikinci böyük iqtisadi gücü olan Çin dayanır. Enerji təhlükəsizliyi Pekin üçün strateji məsələ olduğundan regiondakı hərbi gərginlik onun iqtisadi planlarını çətinləşdirir. Məhz buna görə də Çin müharibənin dayandırılması və enerji marşrutlarının açıq saxlanılması üçün diplomatik səylərini artırmağa çalışır.

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən politoloq Elxan Şahinoğlu  bildirdi ki, ABŞ və İsrailin İrana qarşı müharibəni davam etdirməsi neft və qazın qiymətlərini astronomik səviyyəyə çatdırıb və bu hələ başlanğıcdır: "Bu vəziyyətdən ən çox əziyyət çəkən ölkələrin başında Çin gəlir. Bu ölkənin iqtisadiyyatı enerji resurslarının davamlı və sabit şəkildə idxalından asılıdır. Çin Venesueladan və İrandan ucuz neft alırdı. İndi bu mümkün deyil. İranın Hörmüz boğazını bağlaması və atəş altında saxlaması Çinin ərəb ölkələrindən neft almasını da çətinləşdirib. Çin Hörmüz boğazından keçən bütün neftin 38%-ni alırdı.

Pekin müharibə başlayandan bu yana tərəflərə bir neçə dəfə mesaj göndərib. Birinci dəfə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin açıqlama verərək, Hörmüz boğazı və ona bitişik suların malların və enerji daşıyıcılarının nəqli üçün mühüm beynəlxalq ticarət yolları olduğunu və bununla əlaqədar Çinin müvafiq tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırdı. Çinli diplomat ölkəsinin Yaxın Şərqdə sülh və sabitliyin təmin olunması üçün sülhün təşviqi və müharibələrin qarşısının alınması, həmçinin problemin dialoq və danışıqlar yolu ilə həlli istiqamətində beynəlxalq ictimaiyyətlə əməkdaşlığa hazır olduğunu xatırlatdı. Pekinin bu çağırışı cavabsız qaldı".

Politoloq hesab edir ki, indiki məqamda İran da müttəfiqini eşitməyəcək: "Pekin ikinci dəfə birbaşa Tehrana müraciət etdi. Çin hakimiyyəti enerjidaşıyıcılarının təhlükəsizliyini təmin etmək məqsədilə İrana müraciət edərək Hörmüz boğazının açıq saxlanılmasını və neft-qaz nəqliyyatına qarşı hücumlardan qaçınılmasını tələb etdi. Pekin körfəzi ölkələrindən, xüsusilə Qətərdən gələn enerji tədarükündən böyük dərəcədə asılı olduğu üçün Tehranı gərginliyi artırmamağa çağırdı. Pekinin çağırışında qlobal və Çin bazarları üçün həyati əhəmiyyət kəsb edən enerji marşrutlarına zərbə vurulmaması qeyd edildi. Ancaq Tehran bu çağırışa da reaksiya vermədi. Çin İranın strateji tərəfdaşı olmasına baxmayaraq, Hörmüz boğazından keçməyə çalışan tankerləri hədəf almaqdan imtina etmək istəmir. İran hazırda öz neftini sata bilmədiyinə görə Körfəz ölkələrinin də qaz və neft nəqlinə mane olmaq siyasətinə üstünlük verir".

Nigar,

Sitat.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sitat.info
archiveBu xəbər 10 Mart 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri