Icma.az
close
up
RU
Enerji böhranı: Avropa yeni risklərlə üz üzə...

Enerji böhranı: Avropa yeni risklərlə üz üzə...

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan strateji infrastrukturun geosiyasi gərginliyin artması fonunda yeni risklərlə üzləşdiyi bildirilir.

Axar.az xəbər verir ki, Rumıniyanın “Financial İntelligence” nəşrinin məlumatına görə, Yaxın Şərqdə baş verən hadisələri izləyən bəzi İranmeyilli Teleqram kanallarında Avropanın enerji təminatı üçün mühüm əhəmiyyət daşıyan bir sıra obyektlərin yer aldığı iddia edilən hədəf siyahısı yayılıb. Bununla belə, sözügedən məlumat nə İranın rəsmi qurumları, nə də müstəqil beynəlxalq mənbələr tərəfindən təsdiqlənib. Nəşr vurğulayır ki, söhbət təsdiqlənməmiş məlumatlardan gedir və hər hansı rəsmi sənədin mövcudluğu barədə sübut yoxdur.

Məqalədə qeyd olunur ki, yayılan siyahıda Avropa Birliyinin 2022-ci ildən sonra Rusiya enerji resurslarından asılılığını azaltmaq məqsədilə inkişaf etdirdiyi əsas enerji layihələri yer alır. Bunlara Azərbaycan qazını Gürcüstan və Türkiyə üzərindən Avropaya nəql edən Cənub Qaz Dəhlizi, Xəzər neftinin dünya bazarlarına çıxarılmasında mühüm rol oynayan Bakı–Tiflis–Ceyhan neft kəməri, Azərbaycanın "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" yataqları, İsrailin "Leviathan", Misirin "Zohr" və Kiprin "Cronos" qaz yataqları daxildir.

Bundan başqa, siyahıda Yunanıstanın Revithoussa və Aleksandrupolis mayeləşdirilmiş təbii qaz terminalları, Misirin İdku və Damietta LNG kompleksləri, eləcə də Omanda Avropa investorlarının iştirakı ilə həyata keçirilən yaşıl hidrogen layihələri də qeyd edilir. Nəşrin yazdığına görə, son illərdə Avropa Birliyi məhz bu infrastruktur layihələrinə böyük həcmdə investisiyalar yönəldərək enerji mənbələrinin şaxələndirilməsini sürətləndirib.

Məqalədə vurğulanır ki, siyahının həqiqiliyi təsdiqlənməsə də, onun yayılması Avropanın enerji infrastrukturunun geosiyasi qarşıdurmalarda strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa Birliyi enerji marşrutlarını diversifikasiya edib, mayeləşdirilmiş təbii qaz terminallarının sayını artırıb və alternativ təchizat mənbələrinə böyük sərmayələr yatırıb. Bu dəyişikliklər enerji obyektlərini təkcə iqtisadi deyil, həm də təhlükəsizlik baxımından strateji əhəmiyyətli hədəflərə çevirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 İyul 2026 00:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri