İran ABŞ nin şərtlərinə cavab verdi
Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.
Onun sözlərinə görə, növbəti mərhələyə keçidin mümkün olması üçün ABŞ mövcud qeyri-müəyyənlikləri aradan qaldırmalıdır. "Görmək lazımdır ki, onlar bu qeyri-müəyyənlikləri aradan qaldıra biləcəklərmi ki, növbəti mərhələlər başlasın, yoxsa yox", – Rezai vurğulayıb.
Şura katibi qeyd edib ki, son iki ay ərzində Vaşinqton diplomatik əlaqələrin bərpası ilə bağlı təkliflərlə vasitəçilər üzərindən dəfələrlə Tehrana müraciət edib.
"Son iki ayda amerikalılar üç kanal – Pakistan, Qətər və hətta İraq vasitəsilə bizə təkliflər göndərib, öz təkliflərimizi onlara çatdırmağımızı istəyiblər. Biz ABŞ-yə yeddi şərt irəli sürmüşük və bildirmişik ki, bu şərtlər yerinə yetirilməsə, nə Hörmüz boğazı onların üzünə açılacaq, nə də danışıqlar aparılacaq", – o deyib.
Rezai, həmçinin İranın ABŞ ilə diplomatik təmaslara yanaşmasının dəyişdiyini və əvvəlki danışıqlar modelinə qayıtmaq niyyətində olmadığını bildirib.
"Diplomatiyamız dəyişib və biz əvvəlki modelə qayıtmayacağıq. Çünki üç raund danışıqlar aparmışıq və hər dəfə amerikalılar danışıqları yarımçıq dayandıraraq İrana hücum ediblər", – İran rəsmisi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 11 Oktyabr 2026 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















