Icma.az
close
up
RU
Menu

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

Qarpız zəhərlənməsi: “Bu il...”

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

Rubrika: Tibbdə yenilik

MEDİA nın qərarı söz azadlığına qarşı deyil, milli qanunvericiliyin tətbiqinin nümunəsidir

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

Ebola epidemiyası bitdi

Zamanı aşan nəğmələr: Vasif Adıgözəlovun ölməz musiqi dünyası

Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər… KONKRET

İran Bakıdan sərhədi açmasını istəyir

İran Bakıdan sərhədi açmasını istəyir

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tehran Pezeşkianın Azərbaycan səfərində belə bir qərar qəbul edildiyini açıqladı; cənub qonşumuzla münasibətlərin yumşalması kontekstində sərhəd rejimi də yumşala bilərmi?

“Hazırda dövlət başçısının tapşırığı ilə əldə edilmiş razılaşmaların reallaşdırılması icra strukturlarının gündəliyindədir”.

Hurriyyet.az-ın məlumatına görə, İranın İRNA dövlət agentliyi xəbər verir ki, bunu İran Prezidentin siyasi müşaviri Mehdi Sənayi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdə deyib.

O, iki ölkə arasında əlaqələrin inkişafını yüksələn xətt kimi səciyyələndirib. M.Sənayi təmasların əhəmiyyətini, uçuşların artırılması, bank fəaliyyətinin genişləndirilməsi ilə bağlı son birgə qərarların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və bundan sonra quru sərhədlərin açılışlarına şahid olacağına ümidvar olduğunu bildirib.

Öz növbəsində, Hikmət Hacıyev iki ölkə arasında münasibətlərdə yeni səhifənin açılması kimi dəyərləndirib: “Cənab İlham Əliyev də sazişlərin həyata keçirilməsi üçün lazımi sərəncamlar verib və onları həssaslıqla izləyir”. Azərbaycan Prezidentinin köməkçisi onu da bildirib ki, dövlət başçısı iki ölkə arasında strateji əməkdaşlığa dair sənəd layihəsinin hazırlanmasına göstəriş verib: “Ölkəsi İran İslam Respublikası ilə bütün sahələrdə dostluq əlaqələrini genişləndirməyə hazırdır”.

İran Prezidentinin son səfərindən sonra Tehranla Bakı arasında ticarət əlaqələrinin səviyyəsi 5 milyard dollara yüksəldiləcək. Bunu İran-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Sədif Bədri açıqlayıb. Onun sözlərinə görə, bu, İran Prezidenti Məsud Pezeşkianın Bakıya son səfəri sayəsində mümkün olacaq. Bədri bildirib: “Bu səfər zamanı İran tərəfdən bəzi tələblər səsləndi, o cümlədən Azərbaycanda təhsil alan iranlı tələbələrin gediş-gəlişinin asanlaşdırılması və sərnişin daşımaları üçün quru sərhədin açılması qərara alındı. Azərbaycan tərəfi bu məsələni diqqətlə araşdıracaq”.

İran-Azərbaycan Parlament Dostluq Qrupunun rəhbəri qeyd edib ki, bu səfər zamanı əldə olunan digər razılığa əsasən, Tehranın İmam Xomeyni hava limanından, eləcə də Təbriz, Ərdəbil, Məşhəd və İsfahan hava limanlarından iki ölkə arasında uçuşların gücləndirilməsi hər iki tərəfin müvafiq nazirlərinin gündəliyinə salınıb.

Məlumdur ki, ölkəmizdə pandemiya dövründən bu yana sərhədlər bağlıdır. Lakin bu yay bir sıra ölkələr arasında sərhəd keçidlərinin açılması ilə bağlı ümidlər artır. Bildirilir ki, bu addım iqtisadi əlaqələr və turizm sahəsinə müsbət təsir göstərəcək. Gürcüstan və İranla quru sərhədlərlə bağlı məlumatlar hələ rəsmi şəkildə açıqlanmasa da, ölkələr arasında qarşılıqlı anlaşma və danışıqların sürətlənməsi bunu düşünməyə əsas verir.

O zaman, İranla münasibətlərin yumşalması kontekstində sərhəd rejimi də yumşala bilərmi? Pandemiya səbəbindən ilk bağlanan cənub sərhədimiz elə ilk açılan quru sərhəd də olacaqmı?

Yeri gəlmişkən, son illər ölkələrimiz beynəlxalq yükdaşımalar, nəqliyyat-logistika sahələrində də uğurla əməkdaşlıq edirlər. Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə əməkdaşlıq əlaqələrinin genişlənməsi bu baxımdan diqqət çəkir. Artıq iki ölkə sözügedən dəhlizin infrastruktur imkanlarının artırılması ilə bağlı birgə fəaliyyətlərini xeyli artırıb. Elə İran Prezidenti müsahibəsində bu məqama toxunaraq Astara-Astara, eləcə də Astara-Rəşt dəmir yolları ilə İran və Azərbaycan arasında ticarət əlaqələrinin perspektivlərindən bəhs etmişdi.

REAL Partiyasının sədri Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ayrı-ayrı ölkələrlə quru sərhədlərin açılması mümkün deyil. “Görünən budur ki, Gürcüstan da, İran da, hətta Rusiyadan Dağıstan tərəfi də xahiş, yanaşmalar olub, amma reallaşmayıb. Ona görə də quru sərhədlər açılacaqsa, bütün istiqamətlər üzrə olmalıdır. Artıq cəmiyyətdə də ciddi bir gözləntiyə çevrilib”, - deyə partiya sədri vurğulayıb. Onun qənaətinə görə, rəsmi səbəblərlə quru sərhədləri saxlamaq doğru deyil, vətəndaşlar da buna inanmır: “Ona görə də sərhədyanı ticarətin, turizmin canlanması üçün quru sərhədlərin açılması vacibdir. Məsələn, Gürcüstanın rəqəmlərini göstərmək olar - Rusiyadan gələn turistlərin sayı artır, əksəriyyəti də quru sərhədlə səfər edir. Bu səbəbdən quru sərhədlərin açılmasına çoxdan ehtiyac yaranıb”.

N.Cəfərlinin müqayisə üçün açıqladığı rəqəmlərə görə, bu ilin ilk rübündə (yanvar-mart) Azərbaycana gələn turist sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1% azalaraq, cəmi 508 min nəfər olub: “Qonşu və müttəfiq Gürcüstana - daxili gərginliyin, mitinqlərin, etirazların olmasına baxmayaraq - 2025-ci ilin 1-ci rübündə 2024-cü ilin eyni dövrünə nisbətən 1,2% daha çox, yəni 1,3 milyon turist səyahət edib. 2025-ci ilin eyni dövrlərini müqayisə edəndə Gürcüstana Azərbaycandan 2,5 dəfə çox turist gəlib”.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana gələn turistlərin 9 faizi İrandan olub. Bundan əlavə, ötən il Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 647 milyon ABŞ dolları təşkil edib. Rəsmi məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 159,7 milyon ABŞ dolları və ya 32,8% çoxdur.

Hesabat dövründə İran İslam Respublikası ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,3%-i həcmində olub.

Ötən il Azərbaycan İrana 14 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 299 min ABŞ dolları və ya 2,1% azdır. Dövr ərzində İran ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 0,05%-ni təşkil edib.

2024-cü ildə Azərbaycan İrandan məhsul idxalını illik müqayisədə 160 milyon ABŞ dolları və ya 33,8% artıraraq, 633 milyon ABŞ dollarına çatdırıb. Dövr ərzində İranla idxal əməliyyatları ölkənin ümumi idxalının 3,01%-ni təşkil edib.

Onu da deyək ki, baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən quru sərhədlərin bağlı qalması iyulun 1-dək uzadılıb. Yəni bu yay da quru sərhədlərin açılacağı gözlənilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 May 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see316

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see300

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see271

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see262

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see242

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see216

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see210

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

28 İyul 2026 09:05see210

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see205

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

28 İyul 2026 15:58see198

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

29 İyul 2026 13:16see179

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see177

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

28 İyul 2026 20:09see176

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see169

Rubrika: Tibbdə yenilik

28 İyul 2026 12:10see166

MEDİA nın qərarı söz azadlığına qarşı deyil, milli qanunvericiliyin tətbiqinin nümunəsidir

28 İyul 2026 12:23see162

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

29 İyul 2026 05:59see161

Ebola epidemiyası bitdi

28 İyul 2026 20:26see151

Zamanı aşan nəğmələr: Vasif Adıgözəlovun ölməz musiqi dünyası

28 İyul 2026 18:12see151

Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər… KONKRET

28 İyul 2026 09:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri