İran bir sıra şərtlər daxilində ABŞ la razılaşma üzrə dialoqa hazır olduğunu açıqlayıb
Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.
İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonun nüvə proqramının tamamilə aradan qaldırılmasında israr etmədiyi təqdirdə respublikanın ABŞ-la gələcək sazişin şərtləri ilə bağlı dialoqa hazır olduğunu bəyan edib.
“İranın zənginləşdirilməsi məsələsi real məsələdir və bəzi narahatlıqlara baxmayaraq, biz etimadın gücləndirilməsi üzərində işləməyə hazırıq. Lakin zənginləşdirmə prinsipinin özü müzakirə mövzusu deyil”, – TASS onun sözlərini sitat gətirir.
Bundan əvvəl Ağ Ev ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffla İranın xarici işlər naziri Abbas Əraqçi arasında danışıqları müsbət adlandırıb.
The New York Times həmçinin qeyd edib ki, Wittkoff İranın xarici işlər nazirinə uranın zənginləşdirilməsindən imtina etməyi təklif etməyib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 16 Aprel 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















