Icma.az
close
up
RU
İran bölgədə tranzit üstünlüyünü itirmək istəmir EKSPERT

İran bölgədə tranzit üstünlüyünü itirmək istəmir EKSPERT

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Sədrəddin Soltan: "Tehran Zəngəzur dəhlizini pantürkist layihə kimi təqdim edərək gözdən salmaq istəyir"


Cənubi Qafqaz və Yaxın Şərq regionları son illərdə geosiyasi maraqların toqquşduğu strateji məkana çevrilib. Bu məkanın mərkəzində dayanan İran isə öz maraqlarını qorumaq və regional güc statusunu saxlamaq üçün müxtəlif diplomatik və iqtisadi alətlərdən istifadə edir. 

Zəngəzur dəhlizi məsələsində də tez-tez bəyanatlar səsləndirən İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani heç bir Zəngəzur dəhlizinin olmayacağını söyləyib. Belə görünür ki, İran dəhlizin açılma ehtimalından narahatdır. Regionda həyata keçirilən yeni nəqliyyat layihələri, xüsusilə beynəlxalq dəhlizlərin formalaşması prosesi, İranın maraq dairəsini birbaşa təsir altına alır. 


Mövzu ilə bağlı politoloq Sədrəddin Soltan Sherg.az-a açıqlama verib:

"İran Yaxın Şərq və Körfəz ölkəsidir. Bu səbəbdən hesab edir ki, Asiya ilə Avropanı, şimal ilə cənubu, şərqlə qərbi birləşdirə biləcək bütün əsas tranzit nəqliyyat xətləri onun ərazisindən keçməlidir. Rəsmi Tehran Şərq-Qərb və ya Cənub-Şimal nəqliyyat dəhlizlərini–məsələn, Azərbaycandan və ya Ermənistandan Rusiyaya keçən yolları–layihələndirməyə çalışır.

Uzun illərdir ki, Azərbaycandan keçməsi nəzərdə tutulan və planlaşdırılan Cənub-Şimal dəhlizi hələ də Tehran hakimiyyətinə görə tam reallaşmayıb. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması İranın bu istiqamətdəki planlarını arxa plana keçirir. Bu, İran üçün təkcə iqtisadi deyil, həm də siyasi və mənəvi zərbədir. Başqa sözlə, Tehran Şərqlə Qərbi birləşdirəcək vacib tranzit yolundan kənarda qalmaq təhlükəsi ilə üz-üzədir. Bu səbəbdən Tehran hakimiyyəti Ermənistanı bölgədə strateji tərəfdaş kimi saxlamaya çalışır və onun vasitəsilə Cənubi Qafqazda təsir imkanlarını qorumaq istəyir". 


Ekspert İranın Zəngəzur dəhlizinin reallaşmasına maneə törətdiyini və bunu Ermənistanın ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışdığını söyləyib: 

"Hətta bu dəhlizi "Turan yolu", "pantürkist layihə" kimi təqdim etməklə onu gözdən salmağa çalışır.

Əslində isə Zəngəzur dəhlizi Ermənistan üçün Rusiyadan asılılıqdan qurtulmaq, Avropa və ABŞ-la daha yaxın münasibətlər qurmaq baxımından böyük fürsət ola bilər. Bu dəhliz Ermənistanın iqtisadi və siyasi müstəqilliyinə töhfə verə bilər. Lakin Tehran müxtəlif bəhanələrlə Ermənistan hakimiyyətinin bu layihədə maraqlı görünməməsinə zəmin yaradır və bununla da başqa bir suveren dövlətin daxili işlərinə müdaxilə imkanı əldə edir.

İran səfiri Sübhaninin verdiyi son bəyanat da məhz bu məqsədlərə xidmət edir. Son vaxtlar Azərbaycan və İran arasında baş verən diplomatik təmaslar–Azərbaycan Prezidentinin köməkçisinin Tehrana səfəri, Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin edamı, Azərbaycanla İran hərbçilərinin Qarabağda birgə təlimləri və İran nümayəndə heyətinin Bakıya səfəri–münasibətlərin normallaşmasına ümidlər yaratmışdı. 

Müsahibimiz sonda bu kontekstdə İranın Zəngəzur dəhlizinə razılıq verə biləcəyinin düşünüldüyünü son bəyanatın isə rəsmi Tehranın mövqeyini dəyişmək niyyətində olmadığını göstərdiyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 May 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri