Icma.az
close
up
RU
İran bombalansa, güneylilər...

İran bombalansa, güneylilər...

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir müddət əvvəl İran Prezidentinin siyasi müşaviri Mehdi Sənayi ölkəmizə səfər edib. Burada o dövlət başçısının qəbulunda olub, eləcə də xarici işlər naziri Ceyhun Bayramovla və prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşüb. Bu görüşün İran Prezidentinin ölkəmizə səfərinə hazırlıq olduğunu düşünənlər var. Eləcə də İranda son günlər müharibə qorxusu başlayıb. Belə ki, Mehr Agentliyinin hökumətə istinadən yaydığı məlumatda İranın hava məkanını bağladığı bildirilir.

İran rəsmilərinin səfərləri nədən xəbər verir? Müharibə olarsa, güneyli soydaşlarımıza bu necə təsir edəcək?

Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri Əhməd Obalı Modern.az-a açıqlamasında bildirib ki, İran rəsmilərinin səfəri dostluğa xidmət etmir:

“Keçmiş prezidentlər də, hazırki dövlət başçısı İlham Əliyev də dəfələrlə Azərbaycanın 50 milyonluq azərbaycanlının vətəni olduğunu deyiblər. İlham Əliyev 50 milyon azərbaycanlının prezidenti olduğunu deyir. Biz də bunu belə görürük. İran dövləti Qacarlar hakimiyyətdən gedəndən bəri İrançılıq ideologiyasından çıxış edir. Onlar digər xalqları gəlmə və azlıq kimi görür və onların farslaşmasını istəyir. Buna görə də Azərbaycanı özünə düşmən görür. Azərbaycan Prezidenti dəfələrlə İran Prezidenti Pezeşkianı dəvət edib.  Pezeşkianın Azərbaycana COP29-da gəlişi daha uyğun olardı. Dünyanın liderləri vardı, görüşərdilər. İran Prezidenti gəlməyinə də söz vermişdi. Bu məsələ daha sonra ləğv olundu. Ona görə ki, İran Prezidenti COP29-da iştirak etməklə Azərbaycan dövlətinin uğuruna dəstək vermiş olardı. Onun üçün də gəlmədi. İdeolojik olaraq iki ölkənin rabitəsi yaxşı olmayıb. İran həmişə Azərbaycana müxalif olub. Həm də ermənidən daha çox erməni olub, onun tərəfini saxlayıb. İndi necə olur ki, bunlar tez-tez Azərbaycana gəlirlər? Bu məsələ çox mühümdür. Bunlar Azərbaycanı sevərək gəlirlər, dostluq etmək istəyirlər, yoxsa məqsəd nədir?

İran indi dünyada sıxışmış vəziyyətdədir. Onun proksiləri bir-bir uduzub, meydandan çıxıb. İran indi öz sərhədinin içinə gəlib, proksiləri daha onu uzaqdan müdafiə edə bilmir. İsrailin İrana hücumları olub. İsrail onun hava hücumundan müdafiə sistemlərini, Rusiyadan aldığı S-300-ləri vurub, dağıdıb. İndi İran həm İsrail tərəfindən sıxışdırılır, həm də ABŞ tərəfindən ultimatuma məruz qalıb. Qonşuları da bir-bir İrandan üz döndərirlər. Belə vəziyyətdə nədən İran rəsmiləri tez-tez Azərbaycana gəlməyə çalışır. Bunda dostluq əlaməti yoxdur. Tək mən yox, güneylilərin hamısı məsələyə belə baxır. Arzu edirəm ki, Azərbaycan dövləti də belə düşünür. İran belə bir vəziyyətdə Azərbaycana gəlməklə özünü sıxışmış vəziyyətdə görür. Əminəm ki, Azərbaycanı təhdid də edirlər. Bunu bilək ki, İran rəsmilərinin tez-tez Azərbaycana gəlməsi düşmənliyin bir qismətidir, dostluğun deyil. İstəyirlər ki, İranın Azərbaycanla yaxın olduğunu göstərələr. ABŞ-nin Azərbaycanla strateji həmkarlığı olmasın. Cəhənnəmə gedən özünə dost axtarar deyiblər. İran indi o vəziyyətdədir. Nə Azərbaycan, nə də İran bu regionda savaşın tərəfdarı deyil”.  

Ə.Obalı söyləyib ki, İran Prezidentinin səfərindən ciddi nəsə gözlənilmir:

“Üzdə də olsa, biz dostuq, həmkarlıq etməliyik deyəcək. İran Prezidenti ola bilsin ki, bu səfərində “Hüseyniyun”  terror qrupundan əl çəkdiklərini deyəcək, amma bu sözdə olacaq, əməldə özünü göstərməyəcək.  Ciddi nəsə gözlənilmir. İran get-gəl edir. Birinci İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Şimal-Cənub xəttinin açılması üçün gəlmişdi. Bu da sözdədir. İran neçə ildir 50 kilometrlik Rəştdən Astaraya qalmış qatar yolunu işə salmayıb. Hətta Azərbaycan pul vermişdi, maliyyələşdirirdi. İran məsələni yubatdı-yubatdı axırda da etmədi. İran Azərbaycanın o bölgədə onunla Rusiya arasındakı kommunikasiyanın keçdiyi ərazi olsun istəmir.  Bu baxımdan mən düşünürəm ki, artıq Şimal-Cənub xətti elə də əhəmiyyət daşımır. Azərbaycan üçün önəmli olan Şərq-Qərb, yəni transxəzər və Türkiyəyə açılmış yoldur. İran bunun öz ərazisindən keçməsini istəyir. 

İrana qarşı İsrail dövləti İsrail-Azərbaycan-ABŞ stratejik həmkralıqdan, bu ölkəyə qqrşı yeni cəbhənin yaranmasından danışır. Məntiq də bunu deyir. Güney Azərbaycanın istiqlalı haqda İsraildə çoxlu məqalələr yazılır. Bu məqalələrin çox ciddi qəzetlərdə saytlarda çap olur ki, onu ABŞ siyasətçiləri də oxuyurlar. İranın sıxışdırılmış bir vəziyyətində Suriya əldən gedib. Burada İranın yerini Türkiyə tutub. Türkiyə-Azərbaycan strateji müttəfiqliyini, hərbi müttəfiqliyi özündə əks etdirən Şuşa bəyannaməsini nəzərə alsaq, bu iki qardaş ölkə də başqa bir tərəfdən İranın qarşısında durublar. Ən azı milli mənafe baxımdan bunu deyirik, İran belə görür.

Güney Azərbaycan Milli Azadlıq Hərəkatının Urmiyada gedən etirazları göstərdi ki, İranın Azərbaycana qarşı oynadığı oyunların hamısı özünə qayıdır. Bunların hamısını paket kimi nəzərə almalıyıq. İranla Rusiyanın dostluğu qarşısında Azərbaycanın Rusiya ilə də əlaqələri yaxşıdır. İran Çinlə yaxşı əlaqələrə malikdi, Azərbaycanın da Çinlə yaxşı əlaqələri mövcuddur. Böyük Britaniya, İtaliya, İsrail kimi ölkələrlə də yaxşı əlaqələri var. İranın belə əlaqələri mövcud deyil. Bu baxımdan İran zəif bir nöqtədən Azərbaycana gəlir ki, ona ziyan vursun, dostluq adı ilə gəlsə də. O dostluğun arxasında bıçağını da gətirib. Bunların hamısını paket kimi ələ alıb, diqqət etməliyik. Güneyliler də belə görür. İranın yalan sözlərinə inanıb Azərbaycanın məsulları öz dostlarını incidəcəklərsə, bu Şimali Azərbaycanın da, Cənubi Azərbaycanın da əleyhinə olacaq. Cənubi Azərbaycanda arzumuz odur ki, İlham Əliyevin dediyi Azərbaycançılıq ideologiyası davam etsin. Bu həm cənubi, həm də şimalı qoruyan xəttdir. Azərbaycan Prezidentinin dəfələrlə dediyi kimi Güneydəki azərbaycanlılar fars rejimi altında əzilməsin. Pezeşkianın Şimali Azərbaycana səfər etməsini, bəziləri azərbaycanlı kimi gəlir deyə dilə gətirirlər. Pezeşkian İran Prezidentidir, amma ona iki beyt ana dilində şeir deməyə imkan vermədilər. Bu baxımdan o, Xameneinin əlində idarə olunan bir fiqurdur. Bunu bir dəfəlik bilməliyik ki, Pezeşkian hər hansı xarici ölkəyə getmək istərsə, rabitə qurarsa, bu Xamaneinin sözü ilə olmalıdır. Əlavə olaraq Pezeşkiana ən yaxın adam Cavad Zərif və onun gətirdiyi nazirlərin hamısı Azərbaycanın birnömrəli düşmənləridirlər. Bu baxımdan diqqətli olmaq lazımdır ki, ictimai rəy İranın Azərbaycana etdiyi düşmənliyi bir Prezidentin səfəri ilə yaddan çıxarmasın. Terror qrupu göndərdilər,  Ermənistanı dəstəklədilər, bunlar bəs deyilmiş kimi indi də Zəngəzur koridorunun birnömrəli düşməni İrandır. Bunların mütəxəssislərindən biri demişdi ki, Azərbaycanla Naxçıvan yeraltı tunellə birləşsələr də, o tuneli biz məhv etməliyik. Dövlətlərin əlaqələri milli mənafe üzərindən təmin edilir. İran dövləti də milli mənafeyini Azərbaycana, koridora düşmənlikdə görür. İran Türkiyə-Azərbaycan və Orta Asiya türklərinin həmkarlığının əleyhinədir”.  

Ə. Obalı qeyd edib ki, İran bombalansa, güneyli soydaşlarımıza ciddi ziyan dəyməyəcək, amma ölkədən xaricə gedənlər olacaq:

“Güney Azərbaycanlıların 90 faizi ABŞ və İsrailin İranı bombalamasının tərəfdarıdırlar. Çünki bu rejimim getməsini istəyirlər və bunun üçün başqa yol görmürlər. Onun üçün də ABŞ-nin İranı vurmasını istəyirlərsə, biz niyə ona nigaran olmalıyıq. İranın atom, güc mərkəzləri fars bölgələrində - İsfahanda, Qumda,Tehrandadır. Vursalar, birinci oraları vuracaqlar. Biz İranda savaşın olmasının tərəfdarı deyilik. Orada mövqe tutmağımız nəyisə dəyişməyəcək. Amma İranda SEPAH-ı, atom mərkəzlərini vursalar, bu, uzun müddətdə Güneyin də, Quzeyin də xeyrinədir. İran atom bombasına sahib olsa, ABŞ-yə heçnə etməyəcək - qonşularını qorxudacaq, şantaj edəcək. Onun atom mərkəzlərinin vurulması, aradan götürülməsi bizim həm indi, həm də gələcəkdə xeyriməzidir. Hətta Təbrizin yanında İranın hava qüvvələrinin mərkəzi vurulsa, Təbrizin əhalisinə bir şey olmayacaq. Güneydən ölkəni tərk edənlər olacaq. Onların da böyük əksəriyyəti Türkiyə yolu ilə çıxmağa məcbur olacaqlar. Azərbaycana da gələ bilərlər, amma sərhədlər bağlı olduğundan bu axını görmürük. 

Millət olaraq, Azərbaycan dövlətinin mənafeyini qorumağa çalışmalıyıq. Quzey Azərbaycan dövlətinin mənafeyini göz bəbəyi kimi qorumalıyıq, çünki Quzey Azərbaycan gücləndikcə Güney Azərbaycan da özünü yaxşı hiss edir, güclü dövlətin parçası kimi özünü görmək istəyir. Bizim yolumuz aydındır: Azərbaycançılıq ideologiyasına davam etmək. Bu ideologiya da Güney Azərbaycanın fars zülmünün altından azad olmasını tələb edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Aprel 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see304

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see300

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see254

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see254

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see246

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see232

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see230

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see228

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see222

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see212

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see211

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see205

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see202

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see197

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see195

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see194

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see192

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see183

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see183

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri