Premyer Liqada növbəti qarşılaşma baş tutub
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində növbəti qarşılaşma baş tutub.
Yeniavaz.com xəbər verir ki, turun oyununda “Şamaxı” öz meydanında “Qəbələ” ilə üz-üzə gəlib. Şamaxı şəhər stadionunda keçirilən matç ev sahibi komandanın 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
“Şamaxı”nın qollarını 11-ci dəqiqədə Ayman Bouali, 61-ci dəqiqədə isə Edqar Adilxanov vurub.
Qələbə sayəsində xallarının sayını 17-yə çatdıran Şamaxı təmsilçisi turnir cədvəlinin 7-ci pilləsində yer alıb. 11 xalı olan “Qəbələ” isə 9-cu sırada qalıb.
Qeyd edək ki, XIII turun əvvəlki matçlarında “Şəfa” “İmişli”ni 3:1, “Neftçi” “Zirə”ni 1:0, “Turan Tovuz" “Kəpəz”i 2:1, “Sabah” isə “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:Premyer Liqada 6 qarşılaşma baş tutub “Arsenal” və “Çels” qələbə qazanıb
01 Noyabr 2025 23:45
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma KONKRET
06 Sentyabr 2026 10:19
Qarabağ Premyer Liqada növbəti qələbəsini QAZANDI
11 Aprel 2025 21:33
Qarabağ Premyer Liqada növbəti qələbəsini qazanıb
10 Noyabr 2024 20:55
Baxış sayı:90
Bu xəbər 29 Noyabr 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















