Icma.az
close
up
RU
İran dövlət kanalları yenə günahkar AXTARIR Azərbaycana qarşı saxta media kampaniyasının GİZLİ DETALLARI

İran dövlət kanalları yenə günahkar AXTARIR Azərbaycana qarşı saxta media kampaniyasının GİZLİ DETALLARI

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Son 35 ildə baş verən proseslər göstərir ki, İran qüdrətli və müstəqil bir Azərbaycanı qəbul edə bilmir. Molla-fars rejimi ümumiyyətli Azərbaycan adlı dövlətin olmasını istəmir. Ən yaxşı halda Şimali Azərbaycanı İranın bir ostanı kimi xəyal edir.
Təsadüfi deyil ki, 44 günlük müharibəyə qədər molla-fars rejimi öz məkrli siyasətini bir qədər qapalı aparırdı. Çünki 20 faiz ərazisi işğal altında olan, müharibə şəraitində yaşayan Azərbaycan ortaya istədiyi iradəni qoya bilmirdi. Bu da rəsmi Tehranın maraqlarına uyğun idi. O illərdə İranın əsas hədəfi Azərbaycanda “yeni İslam”ı təşviq etmək və fürsət düşən kimi də yeni bir "İslam dövləti" yaratmaq idi..
Ali Dini liderin məkrli planları
Bütün bu çirkin planın başında isə İranın ali dini lideri Seyid Əli Xamenei dayanırdı.
Baxmayaraq ki, bir çox məqamlarda molla-fars rejimi Xameneinin azərbaycanlı olduğunu söyləyir. Amma bəzi mənbələrdə qeyd edilir ki, Seyid Əlinin atası fars, anası erməni əsillidir.
Onun azərbaycanlı kimi təqdim edilməsi siyasi məqsəd daşıyır. Guya ki, İran azərbaycanlıların idarə etdiyi bir dövlətdir.
Ona görə də İrandan Azərbaycana ötürülən mesajlar qeyd-şərtsiz qəbul edilməlidir. Guya ki, Xamenei azərbaycanlıları “şeytan əməli”ndən xilas edərək Quzeydə çiçəklənən bir “İslam dövləti” görmək istəyir. Beləcə, Xamenei zaman-zaman azərbaycanlıların xilaskarı kimi təqdim etməyə çalışılıb.
Təsadüfi deyil ki, 44 günlük müharibənin uğurlu nəticəsini Xameneinin adıyla bağlayanlar oldu. Guya ki, onun iradəsiylə Ermənistan məğlubiyyətə uğrayıb.
Lakin hər kəs bilir ki, 44 günlük müharibədə Ermənistana ən çox siyasi-iqtisadi və hərbi dəstək verən İran oldu. Hətta Gürcüstan Ermənistana hava və yerüstü dəhlizlərini bağladı. Amma İran Ermənistana nəinki dəhliz verdi, üstəlik hərbi yardımlarını da əsirgəmədi.
Lakin bütün təxribatlara və təzyiqlərə rəğmən Azərbaycan müharibədə öz sözünü dedi və ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa elədi. Bu da Xamneinin planlarını pozdu.
Dini lider artıq öz simasını və niyyətini gizlətmədi.
O, Azərbaycana qarşı çox böyük və davamlı ideoloji müharibə başlatdı. Davamlı olaraq rəsmi informasiya kanallarında Azərbaycanla bağlı dezinformasiyalar yayıldı. Azərbaycan İslam dövlətlərinin düşməni, qeyri-İslam dövlətlərin dostu elan edildi. Bu azmış kimi Azərbaycana qarşı torpaq iddiaları irəli sürüldü.

Təbii ki, bu cür təxribatçı addımlar Ali Dini liderin razılığı olmadan atıla bilməzdi. Hələ onu demirik ki, 44 günlük müharibədən sonra Xankəndində qalan terrorçu ünsürlərə ilk yardım edən rəsmi Tehran oldu. Bu yardımların içərisində silah-sursatın olması şübhə doğurmurdu. Molla-fars rejimi maraqlı deyildi ki, Ermənistan-Azərbaycan münaqişəsi sonlansın.

Nəzərə alaq ki, 10 noyabr Anlaşmasının icrasına əngəl olan dövlətlərin önündə İran gedirdi.
Rəsmi Tehran bəyan etdi ki, Azərbaycanla Naxçıvan arasında yeni dəhlizin açılmasına imkan verməyəcək. Bu bəyanatsa nə dinə, nə İslama, nə də ki, insanlığa sığırdı. Təbii ki, bu bəyanat Xamenenin razılığı olmadan səslənə bilməzdi.
Səfirliyə hücum kimin planı idi?
Hələ Tehranda səfirliyimizə edilən silahlı basqını demirik. Bu açıq-aydın rejimin xüsusi xidmət orqanlarının hazırladığ iyrənc bir plan idi. Belə olmasa idi, terrorçunu telekanallar qəhrəman kimi təqdim etməzdi. Təsadüfi deyil ki, bu terror hadisəsinin istintaqı süni şəkildə 2 il uzadıldı.
Azərbaycanın təzyiqlərindən sonra cinayətkar öz cəzasını aldı. Amma nədənsə o zaman Xameneinin səsi gəlmədi. Halbuki baş verən hadisə iki dövlət arasında ciddi diplomatik böhran yaratmışdı.
Təxribatçı bəyanatlar
İsrail-İran qarşıdurması fonunda fars ideolaqlarının ölkəmizə qarşı hücumları yenidən artıb.
Ötən həftə İranın dövlətə məxsus “Üfüq” telekanalında yayımlanan canlı efirdə Azərbaycana qarşı açıq hərbi hücum çağırışı edilib. Beynəlxalq məsələlər üzrə iranlı ekspert Mustafa Xoşçəçm çıxışı zamanı Tehranın Azərbaycan əleyhinə konkret hərbi addımlar atmalı olduğunu bəyan edib.
Ekspert iddiasına görə, İsrail təyyarələri Təbrizə Azərbaycandan daxil olur və Azərbaycan İsrailə neft və yanacaq verir ki, bu təyyarələr Qəzza və Livanı bombalayıb daha sonra İrana hücum etsin:
“Azərbaycanın neft kəməri çox yaxındadır. Qarşımızdakı variantlardan biri də budur ki, regiondakı neft və yanacaq infrastrukturunu hədəfə alaq”, – deyə Xoşçəçm təhdidedici şəkildə bildirib.
O həmçinin Zəngəzur dəhlizi məsələsinə də toxunaraq qeyd edib:
“Azərbaycan Ermənistanın Sünik bölgəsi yaxınlığında hərbi təlimlər keçirməyə çalışır. Görür ki, bizim başımız qarışıqdır. Zəngəzur dəhlizinin açılması İranın geosiyasi boğulmasına və Şimal–Cənub dəhlizinin bağlanmasına səbəb ola bilər. Bu isə sadə məsələ deyil, buna ciddi yanaşmalıyıq”.

Sözügedən bəyanatlar İran dövlət televiziyasında səsləndirildiyindən, Tehranın rəsmi mövqeyinə yaxın ritorika kimi qiymətləndirilir. Bu isə regionda gərginliyin daha da artıracağı ehtimalını yaradır.

Təsadüfi deyil ki, son bir neçə gündə İranın rəsmi xəbər agentlikləri, televiziyaları Azərbaycanla bağlı çirkin kampaniyaya başlayıblar. Azərbaycan dövlətçiliyini hədəf alan ideoloqlar hər vəchlə rəsmi Bakını günahkar çıxartmaq istəyirlər.
İyunun 25-də hüccətül-islam Əbdürrəhim Nəcəfquluzadə Sərayinin ölkəsinin bir neçə ölkəyə, ölkəyə, o cümlədən Azərbaycana hərbi zərbələr endirməyə çağırıb. Qeyd edək ki, Sərayi İran Silahlı Qüvvələrinin baş komandanı hesab edilən Xameneinin Təbrizdəki rəsmi nümayəndəsidir. Üstəlik onun təxribatçı fikirlərinə yer verən də İranın Kəşfiyyat Nazirliyinə (“Ettelaat”) bağlı “Azəriha” informasiya resursunun “Telegram” kanalıdır.
İranın rəsmi mediası Azərbaycanı açıq terrorda ittiham edir. Guya ki, Azərbaycan İranın ayrı-ayrı bölgələrində terror qrupları yaradıb, təxribatlar törədir.
İslamın düşməni kimdir?
Təbii ki, bütün bu kampaniya vahid mərkəzdən idarə olunur. O mərkəzin də başında Xamenei dayanır. Belə olmasa idi, İranın siyasi və dini rəhbərliyi bu dezinformasiyaların və təxribatların qarşısını alardı. Amma almırlar. Çünki molla-fars rejiminə “günah keçisi” lazımdır.
Bu günahkar axtarışında ilk ağılagələn ölkə Azərbaycandır. O Azərbaycan ki, siyasi-iqtisadi cəhətdən dünyanın ən sabit ölkələrindən biridir. Üstəlik, Azərbaycan hər ötən gün gücünə güc qatır və regional oyunçu kimi bölgədə baş verən proseslərdə əsas söz sahibinə çevrilir. Bu da Xamenei və onun əlaltılarının yuxusunu ərşə çəkir. Çünki farslar qonşuluqda güclü Azərbaycan dövlətinin olmasını istəmirlər. Buna görə də Azərbaycanı təkcə molla-fars rejiminin yox, həm də İslam aləminin düşməni kimi göstərməyə çalışırlar.
Halbuki müsəlman həmrəyliyindən danışan İran ancaq qeyri-müsəlman ölkələri ilə dostluq edir.
22 ərəb dövlətindən yalnız biri – Yəmənlə İranın normal münasibəti var. Qalan ərəb ölkələri ilə münasibətlər düşmənçilik səviyyəsindədir. Bu gün yaxın qonşuları olan Türkiyə, Azərbaycan, Əfqanıstan və Pakistanla mehriban qonşuluq münasibətləri İran üçün qətiyyən maraqlı deyil.
Belə olmasa idi son 35 ildə İran birmənalı şəkildə Ermənistanı dəstəkləməzdi. 44 günlük müharibədə hətta Gürcüstan belə hava və yerüstü nəqliyyat marşurutlarını Ermənistanın üzünə bağladı. Amma İran Ermənistana təkcə koridor vermədi, həm də hərbi və iqtisadi dəstək göstərdi.
Bu mənada Xamenei hakimiyyətinin Azərbaycan qarşı açdığı növbəti ideoloji cəbhə çox cılız və sönük görünür. Yəni, çox keçməz rejim yenə Azərbaycanla mehriban qonşuluqdan danışar./Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 İyun 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see162

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see148

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see145

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see132

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see130

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see127

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see127

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see126

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see126

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see125

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

27 Sentyabr 2025 19:33see123

“Tramp dilemma qarşısında: Ukraynaya dəstək və Rusiyanın enerji bazarı arasında seçim“ “The Wall Street Journal“

27 Sentyabr 2025 13:39see123

Balakəndən keçən İnterçaydan sel keçir

27 Sentyabr 2025 13:35see121

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see121

Rusiyada saxta spirtli içki kabusu: Daha bir bölgədə ölüm halları qeydə alındı

27 Sentyabr 2025 16:45see118

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see116

Haber Global : İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib

27 Sentyabr 2025 16:58see116

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2025 16:55see116

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

27 Sentyabr 2025 13:12see116

Rusiya və İrana gedən siyasətçi həbs edildi

28 Sentyabr 2025 00:51see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri