Icma.az
close
up
RU
İran ətrafındakı halqa daralıb: ABŞ nin hərbi əməliyyat ehtimalı artır

İran ətrafındakı halqa daralıb: ABŞ nin hərbi əməliyyat ehtimalı artır

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

“İsrail Qəzzadan sonra İran, Suriya və Livana hücum edə bilər”.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“İsrail Qəzzada sakitliyin bərqərar olmasından sonra potensial olaraq boş oturacaq bir ölkə deyil. Diqqətini yenidən Livan, Suriya və İrana yönəldə bilər. Qəzzada birinci mərhələ məhbus mübadiləsindən sonra baş tutdu. Üçüncü – çıxarılma mərhələsi (İsrail qüvvələrinin geri çəkilməsi) beynəlxalq işçi qrupunun regionda yerləşməsindən sonra baş verəcək. Ədalətli bir sistem olacaqsa, Türkiyə də olmalıdır”, - nazir vurğulayıb.


Politoloq Turab Rzayev Sherg.az-a bildirib ki, İran ətrafındakı halqa daralmaqdadır:


"Yaxın günlərdə İranda hərbi əməliyyatların şiddətləndiyini görə bilərik. Faktiki olaraq ABŞ tərəfindən Yaxın Şərqə yeni silahlı qüvvələr, o cümlədən avi-daşıyıcılar, hərbi-dəniz gəmiləri gətirilir və burada hərbi personal artırılır. Əsas heyətə daxil olmayan personal ikinci səviyyəli qüvvələr şəklində uzaqlaşdırılır. Buna paralel olaraq, İsrailin Qətər müdafiəsi möhkəmləndirilir. ABŞ Qətərin müdafiəsini öz müdafiə sisteminin tərkib hissəsi kimi elan etdi. Netanyahu məhz buna görə Qətərdən üzr istədi. Çünki bu dövlətdən İrana qarşı hücumlarda istifadə olunacaq. İsrail müdafiəsini gücləndirir, artıq 11 ədəd TAD yerləşdirilib. ABŞ-nin bombardman təyyarələrindən əlavə bölgəyə əlavə qüvvə gətirilir. Eyni zamanda İranın artıq nüvə danışıqlarından çıxdığı elan olunub. Hətta Böyük Britaniya, Fransa və Almaniya İranla birgə fəaliyyət planından çıxdıqlarını bildirdilər. Əvvəllər dondurulmuş və yarımçıq qalmış nüvə məsələləri ilə bağlı məsləhətləşmələr yenidən başlanır. Sadəcə Çin və Rusiya burada iştirak etmir. Almaniya, Fransa və Böyük Britaniyanın da bu məsələdə iştirakı onu göstərir ki, artıq İrana qarşı hərbi əməliyyatlar hazırlanır. Biz bunun ciddiliyini görürük. İranın son vaxtlar İsrailə yönələn hücumları, keçid məntəqələrinin, Müdafiə Nazirliyinin və obyektlərinin yerinin məlum olması, yüksək texnologiyalı sistemlərinin zəifləməsi ilə bağlıdır. İranın paylaşdığı foto və məlumatlar göstərir ki, onlar belə bir hücuma məruz qalacaqlarını bilirlər. Ona görə də Tehran İsrailə "göz dağı vermək üçün"  "bizim də əlimiz çatır, cavab verə bilərik” mesajını ünvanlayırlar. Digər tərəfdən ABŞ gətirdiyi 11 ədəd TAD-ı Nigeriya səhrasında nüvə obyektlərinin qorunmasında istifadə edilir. Deməli, Vaşinqton da bunun qarşısını almağa çalışır. Eyni zamanda ABŞ-nin Venesuela əməliyyatlarında da ordu toplaması müşahidə olunur. Görünür, Venesuela əməliyyatlarında böyük miqyaslı ordu yığımı olub və burada intensiv təlimlər keçirir. Orada 3–5 narkokartelin və ya mübahisəli qruplaşmanın mövcudluğu ehtimalı azdır. Ümumilikdə burada ya böyük təzyiq, ya da qorxu hissi mövcuddur; Venusialistlərə qarşı hərbi əməliyyat hazırlıqları aparılır. ABŞ donanması üçün hava şəraiti önəmlidir. Adətən noyabrdan mart-aprelin sonuna kimi genişmiqyaslı hərbi əməliyyatlara başlamağa maraq göstərmirlər, çünki hava şəraiti əlverişli olmur. Görünür, uzun müddətli təlimlər səbəbindən ordu müəyyən dövr üçün saxlanıla bilər. Buna görə də noyabrın sonuna qədər hərbi əməliyyatların başlama ehtimalı mövcuddur".


Analitik əlavə edib ki, hazırkı vəziyyətdə sual yaranır: bu əməliyyatlar İrana qarşı olacaq, yoxsa Venesuela istiqamətində?

"İran ətrafındakı beynəlxalq çevrənin daralması daha çox əməliyyat ehtimalını göstərir. Rusiya və Çin İranı müdafiə etməyə çalışır. Rusiya əlindəki resursları və texnikanı İrana göndərməyi planlaya bilər. Əgər müharibədə bu resurslar İrana çatdırılarsa, bu real əməliyyatların əlaməti olacaq və vaxt gözləmək üçün səbəb qalmayacaq. Çin tərəfi də bu ölkəyə müdafiə vasitələri göndərməyə çalışır. Müxtəlif diversiyalar və dəstək tədbirləri müşahidə olunur. Nəticə olaraq, ABŞ-nin İrana qarşı hərbi təzyiq və əməliyyat ehtimalının artırılması perspektivi aktuallaşır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Oktyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri