İran FİFA qarşısında şərt qoydu
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın Futbol Federasiyasının rəhbəri Mehdi Tac, milli komandanın Dünya Çempionatına qatılacağı zaman İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) və digər qurumların ABŞ tərəfindən "təhqir olunmayacağına" zəmanət tələb edib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyi məlumat yayıb.
"Oraya səfərimiz üçün sistemimizin simvollarını, xüsusən də İslam İnqilab Keşikçiləri Korpusunu təhqir etmək hüququna malik olmadıqlarına dair zəmanətə ehtiyacımız olduğunu" bildirib.
Biz vəsiqə qazandığımız Dünya Kubokuna gedirik və ev sahibliyi etdiyimiz FİFA-dır - cənab Tramp və ya Amerika deyil. Əgər onlar bizi qəbul etsələr, onda hərbi qurumlarımızı heç bir şəkildə təhqir etməməli olduqlarını da qəbul etməlidirlər",- deyə Tac bildirib.
Qeyd edək ki, ABŞ, Kanada və Meksika 11 iyun - 19 iyul tarixlərində keçiriləcək Dünya Çempionatına birgə ev sahibliyi edəcəklər. İranın iki qrup oyununu Los-Ancelesdə, bir oyununu isə Sietlda keçirməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 06 May 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















