İran Hörmüz boğazında nəzarəti gücləndirib KİV
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranın Hörmüz boğazı üzərində faktiki nəzarəti daha da sərtləşdirdiyi bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Asiya və Avropa gəmiçilik rəsmiləri, eləcə də İran və İraqdan olan ümumilikdə 20 mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İran hərbi nəzarət məntəqələri, gəmilərin yoxlanılması və diplomatik razılaşmalar vasitəsilə boğazdakı nəzarət mexanizmlərini genişləndirib.
Hesabatda qeyd olunur ki, SEPAH yeni tranzit sistemində əsas rol oynayır və Çin ilə Rusiya kimi müttəfiq ölkələrlə əlaqəli gəmilərə üstünlük verilir.
Bildirilib ki, hökumətlərarası razılaşmalarla əhatə olunmayan bəzi gəmilər təhlükəsiz keçid üçün İran tərəfinə 150 min dollardan çox vəsait ödəyir.
Reuters-in məlumatına əsasən, bəzi hallarda gəmilərdən yükün növünə uyğun təhlükəsizlik və naviqasiya haqları da alınır.
İran rəsmiləri isə bütün ölkələrin bu ödənişlərə məruz qalmadığını bildiriblər.
Hesabatda əlavə olunub ki, gəmilər boğazdan keçid zamanı silahlı patrul qayıqları tərəfindən yoxlanılır, marşrut məhdudiyyətləri və mümkün gecikmələrlə qarşılaşırlar.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 20 May 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















