İran Hörmüz boğazını 48 saata aça bilər ABŞ dan hansı şərtləri tələb edir?
Icma.az, Azpost saytına istinadən bildirir.
İran Hörmüz boğazının fəaliyyətini iki gün ərzində bərpa etmək imkanını nəzərdən keçirir. Lakin bunun üçün ABŞ Tehran tərəfindən irəli sürülən bir sıra tələbləri yerinə yetirməlidir.
Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bəyan edib.
Bu barədə “The Times of Israel” nəşri yazır.
Onun sözlərinə görə, İran tərəfi müvafiq planın 48 saat ərzində həyata keçirilməsini mümkün hesab edir. Tehran bunu ölkənin mövcud vəziyyəti nizamlamağa hazır olduğunun göstəricisi kimi qiymətləndirir.
Bəqayi vurğulayıb ki, İranın tələblərinin yerinə yetirilməsi Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini bərpa etməyə və qısa müddətdə danışıqlar prosesinə qayıtmağa imkan verəcək.
XİN nümayəndəsi həmçinin bildirib ki, vasitəçilər üzərindən əlaqələr davam edir və tərəflər bir-birinə mesajlar ötürür.
Bundan əvvəl İran strateji dəniz marşrutunun açılması məsələsinin bir həftə ərzində həllini təklif etmişdi. Tehran sentyabr ayından etibarən müvafiq planı irəli sürür. Lakin ABŞ Prezidenti Donald Tramp hələlik bu təklifin şərtləri ilə razılaşmayıb.
İranın təklifi, xüsusilə, ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılmasını, İranın dondurulmuş aktivlərinin sərbəst buraxılmasını, eləcə də Hörmüz boğazından keçən və Tehranın dəstəklədiyi gəmiçilik marşrutunun razılaşdırılmasını nəzərdə tutur.
Bu şərtlər yerinə yetirildikdən sonra İran boğazın fəaliyyətini bərpa etməyə hazır olduğunu bildirir.
Hörmüz boğazı beynəlxalq ticarət və enerji resurslarının daşınması baxımından strateji əhəmiyyət daşıyır. Onun bağlanması və gəmiçiliyə məhdudiyyətlərin tətbiqi regionda dəniz daşımaları üçün əlavə risklər yaradır.
Nadir
Post navigationPrevious: Rusiya qazı Avropaya qayıdır? – ABŞ-ın Putinlə bağlı planı üzə çıxdı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 02 Noyabr 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















