İran ikili vətəndaşlığa malik qadın məhbusu azad etdi
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
İran və Böyük Britaniya ikili vətəndaşlığına malik olan Nasrin Rouşan adlı qadın məhbus Tehranın məşhur Evin həbsxanasından şərti olaraq azad edilib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, o, "əlbir olma və qeyri-qanuni toplantılarda iştirak etmə" ittihamı ilə 4 il, həmçinin "dövlət sisteminə qarşı təbliğat" ittihamı ilə 8 ay müddətinə həbs cəzasına məhkum edilib, sonradan bu müddət 3 ilə endirilmişdi.
Bildirilib ki, ittihamlar onun Məhsa Əmininin ölümündən sonra məcburi hicab taxılmasına qarşı keçirilən etiraz aksiyalarında iştirakı ilə bağlı olub. Rouşan uzun müddət Böyük Britaniyada yaşayıb.
Bu mövzuda digər xəbərlər:İran hökuməti daha 8 məhbusu edam etdi
03 Dekabr 2024 11:38
İran iki siyasi məhbusu edam edib
28 İyul 2025 17:12
Lukaşenko 14 siyasi məhbusu azad etdi
21 İyun 2025 18:22
Lukaşenko 52 siyasi məhbusu azad etdi
11 Sentyabr 2025 15:35
İsrail 183 fələstinli məhbusu azad etdi
01 Fevral 2025 16:04
Baxış sayı:107
Bu xəbər 21 May 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















