Icma.az
close
up
RU
İran körfəzində gərginlik: Hörmüzdən neft tranziti üçün yeni risklər

İran körfəzində gərginlik: Hörmüzdən neft tranziti üçün yeni risklər

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaxın Şərqdə gərginliyin artması fonunda İran tərəfindən Hörmüz boğazının bağlanması təhlükəsi dünya enerji bazarlarında narahatlıq doğurur, bu da neft qiymətlərində kəskin artım və qlobal iqtisadiyyata genişmiqyaslı təsirlər ehtimalını artırır.

Hörmüz boğazı İran və Oman arasında yerləşən strateji əhəmiyyətli dəniz yoludur və yenidən geosiyasi qeyri-sabitliyin mərkəzinə çevrilib. ABŞ-nin İranın nüvə obyektlərinə son aviazərbələrindən və İranın İsrailə cavab zərbələrindən sonra İran İslam Respublikasının parlamenti boğazın müvəqqəti bağlanması ehtimalını təsdiqləyib. Yekun qərarı isə Ali Milli Təhlükəsizlik Şura qəbul edəcək. Əgər bu addım həyata keçirilərsə, o, dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü ciddi şəkildə poza bilər və regionun hüdudlarından kənarda da iqtisadi sarsıntılara yol aça bilər.

ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, hər gün Hörmüz boğazından təxminən 20 milyon barrel neft daşınır ki, bu da qlobal maye karbohidrogen istehlakının təqribən 20%-nə bərabərdir. 2024-cü ildə və 2025-ci ilin birinci rübündə boğaz vasitəsilə daşınmalar sabit olaraq qalırdı və bu, dünya üzrə ümumi dəniz yolu ilə neft ticarətinin dörddə birindən çoxunu, həmçinin LNG tədarükünün beşdə birini təşkil edirdi.

Tədarüklərdə pozuntuların yaranacağı təqdirdə ən çox risk altında olan region Asiyadır. 2024-cü ildə boğazdan keçən bütün neft və kondensatın 84%-i əsasən Çin, Hindistan, Yaponiya və Cənubi Koreya olmaqla Asiya ölkələrinə yönəlmişdi. "JP Morgan"ın qiymətləndirməsinə görə, Hörmüzdə hər hansı hərəkət məhdudiyyəti neft qiymətlərində uzunmüddətli artıma səbəb ola bilər - ən pis ssenari üzrə qiymət 130 dollar/barrel səviyyəsinə qədər yüksələcək.

İran üçün strateji seçim

İranın Bakıda yerləşən səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Trend-ə açıqlamasında boğazın bağlanması məsələsinin fəal şəkildə müzakirə edildiyini təsdiqləyib. Onun sözlərinə görə, son qərarı yalnız Ali Milli Təhlükəsizlik Şura qəbul edə bilər.

Lakin ekspertlərin qeyd etdiyinə görə, boğazın bağlanması İranın öz iqtisadiyyatına da ciddi zərbə vuracaq. ABŞ sanksiyalarına baxmayaraq, ölkə neft ixracını artırmaqda davam edir və son məlumatlara görə, bu göstərici gündəlik təqribən 2,3 milyon barrel təşkil edir. İranda onlarla neft yatağı fəaliyyət göstərir və ölkənin ümumi karbohidrogen ehtiyatları 1,2 trilyon barrel həcmində qiymətləndirilir. Oksford Enerji Araşdırmaları İnstitutunun (OIES) vurğuladığı kimi, Hörmüzün bağlanması İranı əsas gəlir mənbəyindən avtomatik şəkildə ayıracaq.

Bazarların reaksiyası və gərginliyin artması riski

Blokada təhlükəsi artıq bazarlara təsir göstərib: İsrailin hərbi əməliyyatından sonra "Brent" markalı neftin qiyməti 78 dollara yüksəlib, daha sonra 70 dollara qədər ucuzlaşıb. "Rystad Energy" şirkətinin neft bazarlarının təhlili üzrə vitse-prezidenti Yaniv Şah bildirib ki, hazırkı dəyişkənlik qeyri-müəyyənliyin yüksək səviyyədə olması ilə əlaqədardır: "Hətta Hörmüzün qısa müddətli bağlanması belə qlobal tədarük zəncirlərinə ciddi təsir göstərə bilər".

Birləşmiş Dəniz İnformasiya Mərkəzinin (JMIC) məlumatına görə, regionda təhdid səviyyəsi "əhəmiyyətli"dərəcədədir. Boğazdan dəniz daşımaları davam edir, lakin Dubay bölgəsində gözləyən gəmilərin sayında artım müşahidə olunur və bəzi gəmilər Hörmüzdən yalnız gündüz saatlarında keçməyə üstünlük verir. Bundan əlavə, Bəndər-Abbas limanı yaxınlığında elektron siqnal pozuntuları halları qeydə alınıb.

Gəmiçilik şirkətləri artıq böhran şəraitinə uyğun fəaliyyət planını öz əməliyyat prosedurlarına daxil ediblər. "Maersk" dəniz daşımaları üzrə dünyanın ən iri operatorlarındandır və boğaz vasitəsilə daşımaları davam etdirdiyini və hadisələrin inkişafını diqqətlə izlədiyini bildirib.

Geosiyasət və məhdud alternativlər

Səudiyyə Ərəbistanı, BƏƏ və İraq üzərindən alternativ marşrutlar olsa da, Hörmüz boğazını tam şəkildə əvəzləmək mümkün deyil. İranlı ekspertlərin fikrincə, hətta qısamüddətli bağlanma belə neftin qiymətində 30-35% artıma səbəb ola bilər ki, bu da maliyyə bazarlarında şok effekti yaradaraq enerji istehlakçılarına təzyiqi artıracaq.

Qətərin demək olar ki, tam şəkildə Hörmüz üzərindən asılı olan mayeləşdirilmiş təbii qaz LNG ixracı da təhdid altına düşə bilər. Avropa üçün bu, tədarükdə fasilələr və alternativ yanacaq növləri - ilk növbədə dizel və elektrik enerjisi - üzrə qiymət artımı anlamına gələcək.

Beynəlxalq Enerji Agentliyi (BEA) bütün mümkün ssenarilərə hazırlaşır. "BEA vəziyyətin inkişafını fəal şəkildə izləyir," - deyə agentlikdən Trend-ə bildiriblər və qeyd ediblər ki, təşkilatın sərəncamında 1,2 milyard barreldən çox fövqəladə neft ehtiyatı var. Agentliyin icraçı direktoru Fatih Birol vurğulayıb ki, agentliyin neft təhlükəsizliyi sistemi keçmiş böhranlar zamanı qlobal iqtisadiyyatın qorunmasında əsas rol oynayıb.

Enerji sabitliyi uçurumun bir addımlığında

Hörmüz boğazı ətrafında baş verən hadisələr dünya enerji sisteminin geosiyasi sarsıntılara qarşı nə dərəcədə həssas olduğunu bir daha göstərir. Tehranın qəti ritorikasına baxmayaraq, ölkə iqtisadi, diplomatik və hərbi riskləri nəzərə almağa məcburdur. Hətta qısamüddətli bağlanma belə təkcə İran üçün deyil, bütün qlobal bazarlar üçün ciddi nəticələrə səbəb ola bilər.

Hazırda hərbi əməliyyatlar davam edir və diplomatik kanallar real nəticə vermir. Enerji sektoru isə yeni bir böhrana hazırlaşır. Boğaz bağlanacaq, yoxsa açıq qalacaq? Aydın olan budur ki, qlobal iqtisadiyyatın dayanıqlığı hələ də bu dar, lakin həlledici strateji əhəmiyyətə malik İran körfəzi keçidindəki sabitlikdən asılıdır.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:282
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 İyun 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri