İran kosmosa iki peyk buraxdı
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
İran bu gün səhər saatlarında kosmosa “Hudhud” və “Kövsər” adlı iki peyk buraxıb.
Modern.az xəbər verir ki, bu barədə məlumatı “Mehr” informasiya agentliyi yayıb.
Bildirilib ki, “Kövsər” peykinin çəkisi 30 kiloqramdır. “RGB” kameraları ilə təchiz edilmiş peykdən təqribən üç il müddətində istifadə olunması nəzərdə tutulur. O, orta hesabla 3,45 metr GSD (Ground Surface Sampling Distance) fərqləndirmə qabiliyyətinə malik ilk İran peykidir.
“Kövsər” kənd təsərrüfatı, xəritəçəkmə və geodeziya üçün yararlıdır, onun rəngli təsvir diapazonu 15 km, çəkiliş sürəti isə saniyədə 6 kadrdır.
“Hudhud” standart peykdir. Onun missiyası darzolaqlı beynəlxalq əşyaların interneti xidmətlərinin çatdırılması üçün xüsusi platforma yaratmaqdır. Peykin xidmətlərindən ən çox kənd təsərrüfatı, nəqliyyat və logistika və ətraf mühit sahələrində istifadə olunur.
Baxış sayı:68
Bu xəbər 05 Noyabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















