İran MDB yə qoşulacaq
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Müstəqil Dövlətlər Birliyi (MDB) İrana tərəfdaş statusu verməyə hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, söhbət “MDB+” əməkdaşlıq formatından gedir. İran Prezidenti Məsud Pezeşkian bu təşəbbüsü oktyabrın 9-da Türkmənistanda keçirilən sammitdə gündəmə gətirib.
Lebedev bildirib ki, təklif MDB ölkələrində böyük maraq doğurub və ilkin qiymətləndirmələr əsasən müsbətdir. Müsbət qərar qəbul edilərsə, İran bu statusu alan ilk ölkə olacaq.
Pezeşkianın sözlərinə görə, “MDB+” formatı ticarət, investisiya, texnologiya, dağ-mədən sənayesi və nəqliyyat infrastrukturu sahələrində əməkdaşlığı genişləndirməyə imkan verəcək.
İran Prezidenti vahid enerji şəbəkəsinin yaradılmasını da təklif edib. Bu şəbəkə vasitəsilə üzv ölkələr neft, qaz və elektrik enerjisinin istehsalını və tədarükünü əlaqələndirə biləcəklər. O, həmçinin sanksiyalar şəraitində ticarətin davam etdirilməsi üçün alternativ ödəniş və barter mexanizmlərinin inkişafını vacib sayıb.
Pezeşkian Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Cənubi Asiya və Avropaya uzanan nəqliyyat dəhlizinin yaradılmasında İran infrastrukturundan istifadəni də təklif edib. Onun fikrincə, “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizləri bir-birinə rəqib olmamalı, əksinə, bir-birini tamamlamalıdır.
Qeyd edək ki, “MDB+” formatı 2025-ci ilin oktyabrında Qazaxıstanın təşəbbüsü ilə yaradılıb. Bu format MDB-yə üzv olmayan ölkələrin və beynəlxalq təşkilatların qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığa cəlb edilməsini nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:İran MDB yə qoşulmaq istəyir?
12 Oktyabr 2026 13:03
Rusiya XİN: İran MDB yə qoşula bilər
08 Noyabr 2026 13:59
İran MDB yə qatılır: Baş katibdən açıqlama
26 Noyabr 2026 10:43
İran MDB yə inteqrasiya olunur: Pezeşkiandan "MDB+1" təklifinin pərdəarxası
12 Oktyabr 2026 12:41
İran MDB yə üzv olur? Pezeşkiandan gözlənilməz addım
07 Oktyabr 2026 16:23
Baxış sayı:56
Bu xəbər 26 Noyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















