Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

Elmar Allahverdiyevə yeni vəzifə verildi

İran məcbur olub qatili asdı: Rəsmi Tehran Azərbaycanın həssaslığını nəzərə alan bir addım atdı

İran məcbur olub qatili asdı: Rəsmi Tehran Azərbaycanın həssaslığını nəzərə alan bir addım atdı

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2023-cü ildə Tehrandakı səfirliyimizə hücum edən Yasin Hüseynzadəyə çıxarılan ölüm hökmü icra olunub. Terrorçu edam edilib. Bu barədə İran Məhkəmə Sisteminin saytı ("Mizan") məlumat yayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, edamın icra olunması prosesini səfirliyin 2 nəfər əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib. Onun sözlərinə görə, terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılması Azərbaycanın İran tərəfindən əsas gözləntiləri sırasında idi: "Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması və bu qəbildən əməllərin qarşısının alınması istiqamətində yerləşmə ölkəsi tərəfindən müvafiq tədbirlərin görülməsi hər zaman əhəmiyyət kəsb edir. Qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində birgə səylərin davam etdirilməsini vacib hesab edirik". Səfirliyimizə silahlı hücum zamanı həlak olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib ki, onun üçün ən vacib olan oğlunun qatilinin layiq olduğu cəzanı alması idi və o, cəzasını aldı: "Buna görə, Azərbaycan Prezidentinə minnətdaram. Ailəmiz adından dövlət başçısına təşəkkür edirik. Şübhəsiz ki, məhkəmə qərarının icrasında iştirak etmək istəyirdim. Əvvəlcə İran tərəfi valideynin icra prosesində iştirakının vacib olduğunu bildirmişdi. Mən də iştirak etmək istəyirdim. Ancaq Azərbaycanda ölüm hökmü olmadığı üçün bizim ölkənin vətəndaşı gedib başqa ölkədə ölüm hökmünün icrasını izləyə bilməz. Onlar da bununla razılaşdılar. Biz icrada iştirakı vəkilimizə həvalə elədik. Məndə olan məlumata görə, səfirliyin nümayəndəsi də qərarın icrasında iştirak edib". Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizəçisi də hücumun qarşısını alarkən yaralanıblar. Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılmışdı. 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycanın İrandakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb.


Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa "Sherg.az"a açıqlamasında deyib ki, Tehrandakı səfirliyimizə terakt həyata keçirmiş şəxsin layiqli cəzasını alması Azərbaycanın əsas tələblərindən biri idi. Deputatın sözlərinə görə, Yasin Hüseynzadənin edam olunması İran tərəfindən atılan ən azından Azərbaycanın həssaslığını nəzərə alan bir addımdır: 


"O baxımdan bu qərar və onun icrası bizi qane edən addımdır. Bu məsələni hansısa formada yubatmaq, uzatmaqla bağlı variantlar var idi. Amma bu, baş tutmadı. Bütün hallarda qərar bu cür cinayət törədənlərə, yaxud belə niyyətə düşənlərə də görk olmalıdır ki, başqa ölkənin səfirliyinə hücum etmək nə dərəcədə ağır nəticələrə gətirib çıxara bilər".  


Siyasi şərhçi Asif Nərimanlı isə "Sherg.az"a bildirib ki, Tehranın iki il sonra Bakının tələbini yerinə yetirməsi ədalətli olmasından yox, regiondakı siyasi konyukturadan qaynaqlanır. Ekspert vurğulayıb ki, Yaxın Şərqdə mövqeləri zəifləyən İran hədəfə çevrildiyi mövcud şərtlərdə regiondakı ölkələrlə problemli münasibətlərin aradan qaldırılması xəttini izləyir: 


"Bu mənzərə münasibətlərdə problemin yaranmasında maraqlı olmayan Azərbaycanın regional siyasətinə də uyğundur. Lakin Tehranın Bakı ilə yaxınlaşması İranda Azərbaycana qarşı olan və səfirliyimizə hücum da daxil olmaqla münasibətlərin gərginləşdirilməsi istiqamətində təxribat xarakterli addımlar atan qüvvələrin sıradan çıxması demək deyil. Bu qruplar mövcud şərtlərdə arxa plana keçib və lazım olacağı təqdirdə, yenidən eyni addımları təkrarlayacaqları istisna edilməməlidir". 


A.Nərimanlı düşünür ki, Azərbaycan İranla normallaşan münasibətlərdə məhz bu qüvvələrin neytrallaşdırılması tələbinin də aktuallığını saxlamalıdır: 

"Bunlardan biri keçmiş Azərbaycan vətəndaşlarından ibarət olan “Hüseyniyyun” qruplaşmasının üzvlərinin Bakıya təhvil verilməsi, yaxud ən azı İranda tamamilə neytrallaşdırılması ola bilər. Səfirliyimizə hücumun təşkilində bu qruplaşmanın da rol oynadığına dair məlumatlar var. Hazırda qruplaşmanın hücumları səngisə də, fəaliyyətini müxtəlif formalarda davam etdirir, xüsusilə təbliğat istiqamətində. Azərbaycanda konstitusiya quruluşunun dəyişdirilməsi məqsədilə yaradılan silahlı qruplaşma İranda fəaliyyət göstərdiyi müddətdə Tehranın münasibətlərə səmimi yanaşması daim sual altında olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 May 2025 03:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see404

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see184

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see158

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see146

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see130

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

05 Yanvar 2026 17:24see126

Elmar Allahverdiyevə yeni vəzifə verildi

05 Yanvar 2026 17:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri