Icma.az
close
up
RU
İran məsələsi Vaşinqtonla Təl Əviv arasında yeni çat yaradır

İran məsələsi Vaşinqtonla Təl Əviv arasında yeni çat yaradır

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“The Washington Post”un məlumatına görə, ABŞ-ın Avropadakı ali hərbi komandanı Aleksus Qrinkeviç İsraili İranın mümkün ballistik raket hücumlarından qorumaq üçün mövcud hərbi-dəniz qüvvələrinin kifayət etmədiyi barədə Pentaqona xəbərdarlıq edib. Bu iddia Vaşinqtonun eyni vaxtda həm Yaxın Şərqdə müttəfiqlərini müdafiə etmək, həm də öz milli təhlükəsizlik prioritetlərini qorumaq arasında artan resurs balansı problemi ilə üzləşdiyini göstərir. Xəbər ABŞ-ın qlobal hərbi öhdəliklərinin genişlənməsi fonunda İranla mümkün qarşıdurmanın regionda təhlükəsizlik risklərini daha da artırdığı barədə müzakirələri gücləndirib.Əgər ABŞ hərbi resurs çatışmazlığı səbəbindən İsrailin müdafiəsi ilə öz milli təhlükəsizlik prioritetləri arasında seçim etməli olarsa, bu vəziyyət Vaşinqtonun Yaxın Şərqdəki təhlükəsizlik zəmanətlərinin etibarlılığına və regional müttəfiqlərin ABŞ-a strateji etimadına necə təsir göstərə bilər?

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları ilə İsrail arasındakı münasibətlərdə, xüsusilə Tramp administrasiyası ilə Netanyahu hökuməti arasında müəyyən soyuqluğun olduğu aydın görünür. Donald Trampın ilk prezidentliyi dövründən fərqli olaraq, hazırkı vəziyyətdə tərəflər arasında müəyyən fikir ayrılıqları mövcuddur.

Politoloqun fikrincə, bu fikir ayrılıqlarının yaranmasının əsas səbəbi İsrailin İran məsələsində ABŞ-dan daha fəal mövqe gözləməsidir.

İsrail hesab edir ki, ABŞ İrana qarşı daha geniş dəstək verməli, İranın bütün nüvə obyektlərini məhv etməli, ölkədə hakimiyyət dəyişikliyinə nail olmalı və İranın uzaqmənzilli raket proqramını tamamilə sıradan çıxarmalıdır. İsrail bu məqsədlərə çatmaq üçün maksimum səviyyədə çalışır: “Lakin bu, heç də asan məsələ deyil. Burada müəyyən problemlər mövcuddur və həmin problemlərin əsas səbəblərindən biri ABŞ daxilində bu yanaşmanı dəstəkləməyən qüvvələrin olmasıdır. Təkcə demokratlar deyil, Respublikaçılar Partiyasının öz daxilində də ABŞ-ın maraqlarının İsrailin maraqlarından üstün olduğunu düşünən şəxslər var. Həmin şəxslər Netanyahunun istəklərinin tam şəkildə həyata keçirilməsinə imkan vermək istəmir, ABŞ-ın öz hərbi-siyasi potensialından yalnız öz strateji maraqlarına uyğun istifadə etməsinin tərəfdarı kimi çıxış edirlər.

Onlar çalışırlar ki, İsrailin bütün istəkləri yerinə yetirilməsin və Amerika Birləşmiş Ştatları öz resurslarından və imkanlarından yalnız öz prioritetlərinə uyğun şəkildə istifadə etsin. Bu istiqamətdə müəyyən siyasi addımların atıldığı da müşahidə olunur”.

Politoloq hesab edir ki, ümumilikdə, hazırkı vəziyyətdə ABŞ-ın İsraili qorumaq üçün Yaxın Şərqdə kifayət qədər potensiala malik olub-olmaması müəyyən qədər şübhə doğurur. Çünki ABŞ İrana qarşı həyata keçirilən əməliyyatlar zamanı bölgədəki resurslarının mühüm hissəsini istifadə edib. Körfəz ölkələrində yerləşdirilmiş ABŞ bazalarının bir hissəsi İran tərəfindən vurulub və bu da Vaşinqtonun bölgədəki hərbi imkanlarına təsir göstərib.

Bu səbəbdən həm dənizdə, həm havada, həm də quruda ABŞ-ın hazırda kifayət qədər ehtiyat və imkanlara malik olduğuna tam əmin olmaq çətindir.

Zeynal Əmrəliyev bildirib ki, gələcəkdə əlavə hərbi gücləndirmə həyata keçirilərsə, vəziyyət dəyişə bilər. Lakin indiki mərhələdə müəyyən problemlərin mövcud olduğu görünür.

“Trampın Netanyahunun istədiyi addımları tam şəkildə atacağı inandırıcı görünmür. Daha doğrusu, mövcud daxili siyasi narazılıqlar və strateji məhdudiyyətlər səbəbindən onun İsrailin gözlədiyi bütün addımları atması çətin görünür. Çünki ABŞ daxilində belə bir siyasətə qarşı kifayət qədər güclü narazılıq mövcuddur”-deyə o əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Avqust 2026 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri