İran millisinin vingeri ağır zədə aldı Mundialı buraxacaq
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Polşanın "Lex Poznan" klubu İran milli komandasının azarkeşlərini məyus edən xəbər yayıb.
Fanat.Az xəbər verir ki, klubun mətbuat xidməti 30 yaşlı iranlı cinah oyunçusu Əli Qolizadənin zədələndiyini rəsmi olaraq açıqlayıb.
Polşa çempionatındakı son matçda dizindən ciddi zədə alan futbolçu Şimali Amerikada keçiriləcək DÇ-2026-nı buraxmaq məcburiyyətində qalacaq.
Qolizadənin yoxluğu İran millisinin hücum potensialına ciddi zərbədir. O, İran millisinin DÇ2022-dəki hər üç oyununda iştirak etmişdi. Qolizadə həmçinin milli komandanın bu ilin mart ayında Türkiyədəki təlim-məşq toplanışında keçirdiyi hər iki hazırlıq yoldaşlıq oyununda da yer almışdı.
İran yığması hazırda iyun ayında ABŞ-a səfərinə hazırlığın son mərhələsindədir. Cənub qonşumuz mundialın qrupunda Yeni Zelandiya, Belçika və Misirlə birgə mübarizə aparacaq.
Baxış sayı:101
Bu xəbər 06 May 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















