Icma.az
close
up
RU
İran müdafiə naziri ABŞ ni hədələdi “Münaqişə başlasa...”

İran müdafiə naziri ABŞ ni hədələdi “Münaqişə başlasa...”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

İranın müdafiə naziri Əziz Nasirzadə bəyan edib ki, əgər Tehranla Vaşinqton arasında aparılan nüvə danışıqları uğursuzluqla nəticələnərsə və tərəflər arasında hərbi qarşıdurma başlasa, İran bölgədə yerləşən ABŞ hərbi bazalarına raket zərbələri endirəcək.

“AzPolitika” xəbər verir ki, nazirin bu sərt açıqlaması ABŞ–İran nüvə danışıqlarının altıncı raundu ərəfəsində, çərşənbə günü səsləndirilib.

İndiyədək iki ölkə arasında beş raund dolayı danışıqlar keçirilib. Bu görüşlərin üçü Oman Sultanlığının paytaxtı Maskatda, ikisi isə İtaliyanın Roma şəhərində baş tutub. Danışıqlarda əsas vasitəçilərdən biri məhz Oman hökumətidir.

Vaşinqton danışıqlarda israrla tələb edir ki, İran uranın zənginləşdirilməsi prosesini tamamilə dayandırsın. ABŞ-ın əsas narahatlığı, Tehranın bu texnologiyadan hərbi məqsədlərlə – nüvə silahı istehsalı üçün istifadə edə bilməsi ehtimalıdır.

“Reuters” agentliyi İran diplomatik mənbələrinə istinadla yazır ki, Tehran ABŞ-ın irəli sürdüyü təklifləri üç əsas səbəbdən qənaətbəxş hesab etmir:

-Uranın zənginləşdirilməsinin tam dayandırılması İran üçün qəbulolunmaz sayılı;.

-Yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkə xaricinə çıxarılması ciddi narahatlıq doğurur;

-ABŞ sanksiyaların ləğvi ilə bağlı konkret addımlar əvəzinə, yalnız ümumi vədlər təqdim edir.

Nazir Nasirzadənin bu hədəsi Yaxın Şərqdə gərginliyi daha da artırmaq potensialına malikdir. Hazırda ABŞ-ın regionda – Qətər, Bəhreyn, Küveyt, İraq və Suriyada yerləşən hərbi bazaları İranın potensial raket hədəfləri sırasındadır.

Bu kontekstdə Tehranın açıq şəkildə səsləndirdiyi hədə, danışıqlarda kompromis imkanlarını azalda, eyni zamanda mümkün hərbi eskalasiyanın siqnalı ola bilər.

“AzPolitika. info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 İyun 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see674

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see367

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see175

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see173

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri