Icma.az
close
up
RU
İran müharibəsi gücün yeni və daha təhlükəli formasını göstərir

İran müharibəsi gücün yeni və daha təhlükəli formasını göstərir

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“New York Times” qəzetinin köşə yazarı Tomas Fridman öz rəy məqaləsində İranla bağlı müharibənin müasir döyüşlərin dəyişən xarakterini ortaya qoyduğunu bildirib.

Redaktor.az xəbər verir ki, Fridman yazısında kiçik güclərin ucuz dronlar, kiber alətlər və Hörmüz boğazı kimi strateji keçidlər vasitəsilə daha güclü ordulara və iqtisadi sistemlərə təsir göstərə bildiyini qeyd edib.

O, ABŞ Prezidenti Donald Trampın İran neft ixracına qarşı təzyiq siyasətinin Tehranı danışıqlara məcbur edə biləcəyini düşündüyünü, lakin İranın isə Hörmüz boğazı üzərindən təzyiq göstərərək enerji qiymətlərini artırmaqla Vaşinqtonu geri çəkilməyə vadar etməyə çalışa biləcəyini yazıb.

Fridman daha geniş nəticə olaraq müharibənin artıq ənənəvi güc balansı ilə məhdudlaşmadığını, asimmetrik müharibənin yeni mərhələyə keçdiyini vurğulayıb. Onun sözlərinə görə, dövlətlər və qeyri-dövlət aktorları nisbətən ucuz vasitələrlə belə ciddi iqtisadi və infrastruktur zərərləri yarada bilirlər.

Köşə yazarı İranın BƏƏ və Bəhreyndə bəzi hədəflərə dronlarla hücumlarını nümunə göstərərək, bu cür əməliyyatların aşağı xərclə böyük pozuntular yaratdığını qeyd edib və bunu Ukraynanın Rusiya daxilində dron hücumları, həmçinin HƏMAS-ın İsrailə qarşı raket istifadəsi ilə müqayisə edib.

O həmçinin süni intellektin bu tendensiyanı daha da gücləndirə biləcəyini, kiberhücumları daha ucuz, sürətli və muxtar hala gətirərək kiçik aktorlara daha geniş imkanlar verə biləcəyini bildirib. Fridman xəbərdarlıq edib ki, bu dəyişikliklər gələcək münaqişələri daha da təhlükəli mərhələyə daşıya bilər.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 May 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri