Icma.az
close
up
RU
İran necə dağılacaq? “3 cü böyük türk dövləti...”

İran necə dağılacaq? “3 cü böyük türk dövləti...”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tehran Universitetinin təqaüddə olan siyasi elmlər üzrə professoru Əhməd Nəqibzadə fikirləri ilə diqqət çəkib. 

O, “Euronews”-un İran xidmətinə verdiyi müsahibədə İran İslam Respublikasının “SSRİ modeli”nə bənzər şəkildə dağılacağına dair fərziyyə irəli sürüb. Nəqibzadənin bu ehtimalı sosial şəbəkələrdə də ciddi müzakirə predmetinə çevrilib. Maraqlıdır, ideoloji baxımdan Sovet rejimindən kəskin fərqlənən İranın yuxarıdan parçalanacağı realdırmı? 

Məsələyə münasibət bildirən Güney Azərbaycan üzrə ekspert Elman Cəfərli “Cebheinfo.az”-a bildirib ki, İranı SSRİ-yə bənzətmək doğru yanaşma deyil: 

“SSRİ 1920-ci ildə yaranıb. Sovet bolşevizminin ideoloji təməlləri üzərində dayanan SSRİ-nin ömrü 70 il çəkdi. İranın hazırkı ideoloji bazası isə 1501-ci ildə yaradılıb. SSRİ müttəfiq respublikalardan ibarət idi. Hər respublikanın ana dilində təhsil hüququ, KİV-i, universitetləri var idi. Lakin bu güzəştlər İranda yoxdur. Biz Güney Azərbaycan deyirik, amma onun sərhədlərini kim bilir?

 Haradır Güney Azərbaycan? İranda 35 milyon azərbaycanlının yaşadığını deyirik. O rəqəm doğrudur, bəlkə soydaşlarımızın sayı daha çoxdur. Amma onlar bütün İran ərazisinə səpələniblər. Fars şovinistləri ölkəni “ərəb saçına” döndəriblər. Bundan başqa soydaşlarımızın bir qismi çox təəssüf ki, İranı öz vətəni hesab edir, özünü “iranlı” sayır. Əfsuslar olsun ki, bizim arzuladığımız siyasi yetkinlik, milli düşüncə azadlığı Təbriz, Urmiya, Sulduz və s. şəhərlərlə məhdudlaşır”. 

Onun sözlərinə görə, dünya İranın etnik zəmində bölünməsini istəmir: 

“ABŞ, Avropa İranda ən uzağı rejimin əvəzlənməsini istəyir. İranın bölünməsi kiminsə marağında deyil. İran parçalanarsa, bölgədə üçüncü böyük türk dövləti yaranacaq. Ən azı İranın şimalı Türkiyə və Azərbaycanın təsir dairəsinə düşəcək. Bunu ABŞ və ya Fransa kimi ölkələr istəyərmi? Cavab aydındır”. 

Elman Cəfərli bildirib ki, Qərb İranda demokratik bir sistemin formalaşmasında maraqlı görünür:

“Bu səbəbdən Qərbin kütləvi informasiya vasitələri, hüquq müdafiəçiləri daha çox hicab eleyhinə aksiyalara, qadın azadlığı hərəkatına dəstək verirlər. Bu hərəkatda isə öndə çox təəssüf ki, kürdlərin yaşadığı bölgələr gedir. Son antihicab aksiyasına azərbaycanlılar ciddi dəstək vermədi. 

Diqqət edirsinizsə, rejim əleyhinə hərəkat güclənən kimi rejim etnik zəmində qarşıdurmalara rəvac verir. Ya azərbaycanlılar təhqir edilir, ya da Qərbi Azərbaycanda kürdlərə əlavə imtiyazlar verilir. Nəticədə rejim əleyhinə vahid demokratik İran hərəkatı baş tutmur. Mənim fikrimcə, qeyri-fars millətləri əgər konsitusion hüquqlarını əldə etmək istəyirlərsə, ilk növbəfə vahid demokratik hərəkatda birləşməli, molla rejimini tarixin arxivinə göndərməlidir. Qeyri-fars millətlərinə milli kimlik və təhsil hüququnu yalnız demokratik rejim verə bilər”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Açar sözlər: İran 3-cü böyük türk dövləti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Aprel 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri