İran nüvə silahı hazırlaya bilər
Icma.az, Azpost portalına istinadən məlumat verir.
ABŞ-nin sərt sanksiyaları və Donald Trampın İran üçün “iqtisadi apokalipsis” barədə açıqlamaları fonunda Tehran rəhbərliyindən narahatlıq doğuran bəyanatlar səslənməyə başlayıb. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ölkəsinin nüvə silahı hazırlamasına qarşı mövqeyini yenidən nəzərdən keçirə biləcəyini bildirib.
Bu barədə Maariv qəzeti yazıb.
Rezayi bildirib ki, ABŞ-nin hücumları Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin əhəmiyyətini şübhə altına alıb. Onun sözlərinə görə, bu müqaviləyə qoşulmaq dövlətləri hərbi təcavüzdən qorumur.
“Amerika belə bir müharibə aparanda insanlar təbii olaraq soruşurlar: Niyə biz özümüz nüvə silahı hazırlamırıq?” – deyə Rezayi bildirib.
O əlavə edib ki, İran uzun illər ərzində görünməmiş yoxlamalardan keçib, lakin buna baxmayaraq ölkənin müxtəlif obyektlərinə zərbələr endirilib.
Rezayi ABŞ-yə qarşı “X” sosial şəbəkəsində də sərt təhdidlər səsləndirib. O xəbərdarlıq edib ki, Vaşinqtonun İrana qarşı iqtisadi müharibəni davam etdirməsi halında Fars körfəzindən və Hörmüz boğazından neft ixracı dayandırıla bilər.
“Bir damcı belə neft ixrac edilməyəcək – nə Hörmüz boğazından, nə də Fars körfəzinin başqa ərazilərindən”, – Rezayi yazıb.
İranda daxili vəziyyətin də gərginləşdiyi bildirilir. Ölkənin keçmiş iqtisadiyyat naziri Ehsan Xanduzinin sözlərinə görə, yanacaq və enerji daşıyıcılarının qiymətlərinin gözlənilən artımı vətəndaş iğtişaşları və yeni müharibə təhlükəsini gücləndirə bilər.
Bu fonda Pakistan tərəfləri yenidən danışıqlar masasına qaytarmaq üçün vasitəçilik cəhdləri göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 24 Avqust 2026 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















