Icma.az
close
up
RU
İran öz uranını ABŞ yə verir? Tramp inamla iddia edir, Tehran susur...

İran öz uranını ABŞ yə verir? Tramp inamla iddia edir, Tehran susur...

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp ziddiyyətli bəyanatlarla çıxış etməkdə davam edir. Çox zaman bu gün dediyi sabah söylədiklərilə və yerdəki vəziyyətlə uyğun olmayan ABŞ Prezidentinin İranla bağlı yeni fikirləri də bir qədər şübhə ilə qarşılanır. Xüsusilə də İran tərəfinin hələlik bu bəyanatlara cavab verməməsi vəziyyəti daha da mürəkkəbləşdirir...

Trampın son açıqalmaları kifayət qədər konkret və birmənalı olub. O deyib ki, İran ölkənin dağıdılmış nüvə obyektlərində qalan zənginləşdirilmiş uranı ABŞ-yə təhvil verməyə razılaşıb.

Tramp Ağ Evdə jurnalistlərə deyib: "İranın nüvə silahı yoxdur və onlar bununla razılaşıblar. Onlar “B-2” bombardmançı təyyarələrinin hücumlarından sonra yerin dərinliyində basdırılmış nüvə tozunu bizə təhvil verməyə razılaşıblar".

O əlavə edib ki, Vaşinqtonun İranla "bir çox razılaşması var və tezliklə çox müsbət, çox vacib bir şeyin baş verəcəyi gözlənilir”.

“The New York Times” (NYT) qəzetinin məlumatına görə, aprelin əvvəlində ABŞ İrana müharibəyə son qoymaq üçün 15 maddəlik plan təqdim edib. Bu plana Nətənz, İsfahan və Fordodakı nüvə obyektlərinin sökülməsi, eləcə də təxminən 450 kiloqram 60%-ə qədər zənginləşdirilmiş uranın MAQATE-yə təhvil verilməsi daxildir.

Vaşinqton və Tehran arasında 12 apreldə İslamabadda keçirilən birbaşa danışıqlar zamanı da tərəflər İranın nüvə proqramının dayandırılmasını müzakirə ediblər. NYT mənbələri bildirib ki, ABŞ İrandan uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiq etməsini tələb edib, lakin Tehran bunu yalnız beş il müddətinə etməyə hazır olduğunu bildirib.

Danışıqlarda Amerika nümayəndə heyətinə rəhbərlik edən ABŞ vitse-prezidenti C.D. Vens qeyd edib ki, Vaşinqton həmçinin Tehranın qalan uranını da "ələ keçirmək" istəyir: "Biz yenidən harada güzəştə getməyə hazır olduğumuzu və İrandan nüvə materiallarının çıxarılmasının mütləq olduğunu açıq şəkildə bildirmişik".

Xatırladaq ki, 2025-ci ilin iyun ayında ABŞ İranın nüvə infrastrukturuna zərbələr endirib. Zərbələr 12 gün davam edib. Həmin vaxt Tramp İranın uran zənginləşdirmə qurğularının tam məhv edildiyini iddia edib, Tehran isə ciddi ziyan olmadığını bildirib və zənginləşdirməyə davam edəcəyinə söz verib.


Bu ilin 28 fevralında ABŞ və İsrail İrana qarşı yeni hərbi əməliyyata başlayıblar. Tramp bu dəfə də İranın vurulmasının əsas səbəbləri arasında uranın zənginləşdirilməsi və nüvə silahı əldə edilməsi imkanlarını göstərib. Baxmayaraq ki, ötən ilin yayındakı hücumdan sonra Tramp özü İranın nüvə potensialının tamamilə məhv edildiyini iddia etmişdi. Bütün bunlardan sonra Trampın yeni iddialı bəyanatlarına ciddi yanaşmaq çətindir və bu, bir ABŞ Prezidentinin dünyanın ən nəhəng, ciddi supergücünü necə qeyri-ciddi bir duruma sala biləcəyinin tarixdə görünməmiş nümunəsidir…

Qeyd edək ki, aprelin 8-də Tramp, Tehranla danışıqlar üçün iki həftəlik atəşkəs elan edib. “Bloomberg”-in məlumatına görə, diplomatiya üçün daha çox imkan yaratmaq məqsədilə atəşkəs 22 apreldən sonra da uzadıla bilər. Lakin nəzərə alsaq ki, atəşkəs vədini və ondan sonrakı bəyanatları Tramp verib, o zaman hər an bu bəyantlarda deyiləndən tamamilə fərqli bir mənzərənin şahidi ola biərik…

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Aprel 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri