Icma.az
close
up
RU
İran prezidenti geri çəkilir Parlament nazirə etimad göstərmədi

İran prezidenti geri çəkilir Parlament nazirə etimad göstərmədi

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran parlamentinin iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himmətinə etimad göstərməyərək, onu nazir vəzifəsindən uzaqlaşdırması bu ölkədə böhranı dərinləşdirəcək. 

News24.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O höhranın dərinləşdirəcək səbəbləri belə sıralayıb:

"Birincisi, səsvermə zamanı 182 deputat nazirə etimadsızlıq göstərib, cəmi 89 onu dəstəkləyib. İran parlamentində mühafizəkarlar çoxluq təşkil edir. Deməli, Prezidentin təyin etdiyi nazir mühafizəkarların səyi ilə vəzifəsindən uzaqlaşdırılıb. 

İkincisi, bu səsvermədən sonra Prezidentin strateji məsələləri üzrə müavini Məhəmməd Cavad Zərif istefa verdiyini açıqlayıb. Aydındır ki, Cavad Zərif parlamentdə iqtisadiyyat nazirinə etimad göstərilmədiyinə görə istefa verib". 

E.Şahinoğlu qeyd edib ki, bu, Zərifin ikinci istefasıdır. 

"Məsud Pezeşkian prezident seçiləndən sonra keçmiş xarici işlər naziri Cavad Zərifini vitse-prezident təyin etmişdi. Cavad Zərifi ötən ilin avqust ayında da istefa vermişdi. Zərifi o zaman prezidentin nazirlərin seçimindən narazı qalmışdı. Pezeşkian parlamentin mühafizəkarların nəzarətində olduğunu diqqətə alaraq, onların təmsilçilərini də nazir postlarına irəli sürmüşdü. Bu, Zərifinin narazılığına səbəb olmuşdu. Görünür, Zərifi hesab edirdi ki, islahatçı prezident ölkənin inkişafını sürətləndirən nazirlərə üstünlük verməlidir. Zərifinin ozamankı istefası Pezeşkianın mövqeyini zəiflədə bilərdi. Ona görə də Pezeşkian Zərifini müavini vəzifəsinə razı sala bilmişdi. Ancaq Zərifinin ikinci istefasından sonra onu geri qaytarmaq mümkün olmayacaq", - deyə o əlavə edib.

Politoloq vurğulayıb ki, Məsud Pezeşkian özündən əvvəlki islahatçı prezidentlər kimi, mühafizəkar dairələrlə münasibətləri gərginləşdirmək istəmir, son dərəcə ehtiyatlıdır: 

"İranı idarə edən ali dini liderdir. Ali dini liderin təyin etdiyi şəxslər və SEPAH generalları prezidentə tabe deyillər. Xalqın seçdiyi prezident bir qrup mollanın təyin etdiyi şəxsin sözü ilə geri addım atır. Bu halda, prezident vəd verdiyi islahatları necə həyata keçirəcək?"

Aynurə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 Mart 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri