Icma.az
close
up
RU
İran prezidenti: Səhvlərimiz çoxdur, ətrafımızdakı təhdidləri düzgün qiymətləndirməliyik Ölkəni bu nöqtəyə biz gətirdik

İran prezidenti: Səhvlərimiz çoxdur, ətrafımızdakı təhdidləri düzgün qiymətləndirməliyik Ölkəni bu nöqtəyə biz gətirdik

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

"Ölkəmizdə ədalətsizliyin, mənfəətpərəstliyin, korrupsiyanın və qaçaqmalçılığın qarşısını almağa çalışmalıyıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian ölkəsindəki etirazlara və hazırkı sosial-iqtisadi problemlərə münasibətdə deyib.

O, İslam Şuralarının Konstitusiyada Yeri və İctimai İştirak Simpoziumunda çıxışında daha sonra bildirib ki, hökumətin bütün problemləri aradan qaldıra biləcəyini düşünmək səhv olardı: "Gəlin əvvəlcə özümüzü qiymətləndirək. Ədalətsizliyin, mənfəətpərəstliyin, korrupsiyanın və qaçaqmalçılığın qarşısını almağa çalışmalıyıq. Lakin qəbul etməliyik ki, bu problemlər bir gecədə həll edilə bilməz. Biz hazırıq, amma bu reallıqlar da nəzərə alınmalı, görülməlidir. İnaıram ki, biz bütün problemləri xalqın köməyi ilə həll edə biləcəyik. Qəbul  edirəm ki, bu inanc hökumətin qüsursuz olduğu anlamına gəlmir. Qüsurmuz, səhvlərimiz var. Hökumətin bütün bunlardan xali olacağını da düşünməməliyik. Heç bir hökumət əslində belə səhvlərdən azad deyil".

İran prezidenti çatışmazlıqları təkrar-təkrar dil gətirib və deyib ki, çatışmazlıqlarımızı aradan götürmək üçün mütəxəssislərlə məsləhətləşmə davam edir: "Ölkəni bu nöqtəyə gətirdik. Həm mən, həm siz, həm də Parlament. Sadəcə "bunu etməlisiniz" demək problemi həll etmir. Bütün günahın yalnız bir tərəfdə olduğunu və heç bir məsuliyyətimiz olmadığını düşünmək düzgün yanaşma deyil. Hökumətin vəzifəsi xalqın problemlərini dinləmək və onları bütün mövcud vasitələrlə aradan qaldırmaqdır. Biz çatışmazlıqlarımızı etiraf edirik və mütəxəssislərlə məsləhətləşməyə hazırıq. Birlikdə çalışmalı və milli maraqları nəzərə almalıyıq. Ətrafımızdakı təhdidləri düzgün qiymətləndirməliyik. Sonra harada olduğumuza və hara getmək istədiyimizə qərar verməliyik".

Pezeshkian həmçinin ABŞ prezidenti Donald Trampın İrandakı etirazlarla bağlı açıqlamasına da münasibət bildirib. O, ABŞ-ın sanksiyalar vasitəsilə İranın inkişafına mane olduğunu bəyan edib: "Bir tərəfdən sanksiyalarla ölkənin inkişaf yollarını bağlayırlar, digər tərəfdən isə xalqımıza qayğı göstərirlər. Qırğınlarda və müxtəlif cinayətlərdə iştirak edən bu şəxslər indi insan haqlarının müdafiəçisi olduqlarını iddia edirlər".

Xatırladaq ki, İranda milli  valyutanın xarici valyutalara qarşı dəyər itirməsindən sonra xalq ayağa qalxıb. Hazırda ölkədə etirazlar davam edir.

Firudin Səfərli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://mia.az
archiveBu xəbər 06 Yanvar 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri