İran Prezidentindən SENSASİON AÇIQLAMA: “İmkanlarımızdan imtina etməyimizi istəyirlər ki…” KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran Prezidenti Məsud Pəzeşkiyan ölkəsinin nüvə proqramı ilə bağlı Qərbdən gələn təzyiqlərə münasibət bildirib. O, İranın heç bir ultimatumla razılaşmayacağını və elmi tədqiqatlardan imtina etməyəcəyini vurğulayıb.
KONKRET.az xəbər verir ki, Prezidentin sözlərinə görə, bəzi xarici qüvvələr ölkə daxilində qarşıdurma yaratmağa və bu yolla İrana qarşı hücum planlarını reallaşdırmağa çalışır. Lakin o, xalqın birliyinin bu cəhdləri puça çıxaracağını bildirib.
Pəzeşkiyan İranın ABŞ və Avropa ilə əlaqə saxladığını, lakin təzyiqlərə boyun əyməyəcəyini qeyd edib. O, Qərbin İrandan nüvə sahəsində imkanlarından əl çəkməyi tələb etdiyini, bunun isə ölkənin təhlükəsizliyi üçün yolverilməz olduğunu deyib.
Prezident onu da bildirib ki, İranın məqsədi nüvə silahı hazırlamaq deyil, elmi və texnoloji inkişafı davam etdirməkdir.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 11 İyun 2025 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















