Icma.az
close
up
RU
“İran rejimi məğlub oldu”

“İran rejimi məğlub oldu”

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“Hazırda müqaviməti davam etdirmələri, sağa-sola raket atıb dron göndərmələri sadəcə olaraq ABŞ-la müzakirələrə əliboş yox, müəyyən gücə sahib tərəf kimi oturmaqdan başqa bir məqsəd daşımır”.
Yeniavaz.com 
xəbər verir ki, bunu sosial şəbəkə hesabında politoloq Şahin Cəfərli yazıb.
O bildirib ki, öz rəhbərini qoruya bilməyən, onunla birlikdə İslam İnqilabı Keşikçiləri Korpusunun komandanını, müdafiə nazirini, Baş Qərargah rəisini, Təhlükəsizlik Şurasının katibini və digər yüksək vəzifəli şəxsləri bir zərbə ilə itirmiş, içəridə xalqın dəstəyini ala bilməyən, xarici müttəfiqi olmayan rejimin bundan sonra dirənişə uğurla davam etməsi imkansızdır: “İranda 47 illik “İslam inqilabı” dövrü faktiki (de-fakto) olaraq qapanmaq üzrədir. Bu, dərhal radikal sistem dəyişikliyi olacağı və köklü islahatlar aparılacağı anlamına gəlmir. Amma bundan sonra heç nə əvvəlki kimi ola bilməz. Daxildə tədrici dəyişiklik və yumşalmalar qaçılmazdır. Ölkədə ümumi əfv elan edilərək bütün siyasi məhbusların azadlığa buraxılması, siyasi fəaliyyəti qadağan olunmuş şəxslərin siyasi həyata yenidən vəsiqə alması, mühacirlərin qayıdışına icazə verilməsi zaman məsələsidir. Şah rejiminin bərpası mümkün deyil. Yeganə model demokratik respublikadır (bu, demokratik federalizm şəklində də ola bilər). Ölkədə formal da olsa, seçki institutu mövcuddur; bunu demokratikləşdirmək və xalqın etimad edəcəyi instituta çevirmək qalır.
Keçid administrasiyası Musəvinin təklif etdiyi kimi milli konsensus əsasında Konstitusiya layihəsi hazırlayaraq referenduma çıxarmalıdır. Vilayəti-fəqih sisteminin demontaj edilməsi, qeybdəki imamın yer üzündəki təmsilçisi hekayəsinə əsaslanan ali rəhbər institutu və digər qeyri-legitim qurumların ləğvi, bütün güc strukturlarının seçilmiş hökumətə tabe etdirilməsi, bütün iddialıların iştirakı ilə prezident və parlament seçkiləri keçirilərək xalqın iradəsi əsasında yeni hakimiyyət orqanlarının formalaşdırılması İran üçün ən yaxşı yol xəritəsi olar.
İran çox zəngin təbii sərvətlərə malik ölkədir, yetişmiş insan potensialına da sahibdir. Dünyaya açılarsa, sürətlə inkişaf etmək potensialı var”.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 01 Mart 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1064

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see378

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see377

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see342

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see240

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see235

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see220

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see218

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see204

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see199

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see197

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see195

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see188

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see187

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see179

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see177

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see172

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see171

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see168

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri