İran rəsmisi təhlükənin anonsunu verdi: Bu payız son 58 ilin ən aşağı yağışı yağıb
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bu payız son 58 ildə ölkədə ən az yağış qeydə alınıb".
Mia.az xarici mətbuata istinadla bildirir ki, bu məlumatı İran Energetika Nazirliyinin Su Məlumatları Departamentinin direktoru Firoz Qasımzadə açıqlayıb.
O bildirib ki, bu antirekord ölkədə çox gərgin vəziyyət yaradıb: "Yağıntı uzunmüddətli orta göstərici ilə müqayisədə 81 faiz azalıb. Nəticə etibarıilə şəhərlərimizi suyla təmin edən içməli suyun səviyyəsi 32 faiz azalıb. Hazırda paytaxt daxil olmaqla, bir çox şəhərlərimizdə su problemi kritikdir".
Firoz Qasımzadənin sözlərinə görə, hazırda Tehran da daxil olmaqla 15 böyük şəhərdə ciddi su problemi yaşanır: "Tehran, İsfahan, Xorasan ər-Rəzəvi, Qum, Hörmüzqan, Mərkəzi, Zəncan və Kirmanı suyla təmin edən göllər qurumaq üzrədir. Əgər ən yaxın həftələrdə yağış yağmasa, vəziyyət daha da mürəkkəb xarakter alacaq...."
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 24 Noyabr 2025 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















