İran Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsini ratifikasiya etdi
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran parlamenti və Konstitusiya Nəzarət Şurası Rusiya ilə bağlanmış genişmiqyaslı strateji tərəfdaşlıq müqaviləsini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
İranın Konstitusiya Nəzarət Şurasının rəsmi nümayəndəsi Hadi Tahan Nazif sosial şəbəkə hesabında bildirib ki, müqavilə konstitusiyaya və İslam hüququna tam uyğundur və heç bir pozuntu aşkarlanmayıb.
Müqavilə yanvarın 17-də İran Prezidenti Məsud Pezeşkianın Rusiyaya rəsmi səfəri zamanı imzalanıb. Sənəddə tərəflər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı dərinləşdirməyi, təhlükəsizlik və müdafiə sahələrində əlaqələri gücləndirməyi, həmçinin regional və beynəlxalq səviyyədə sıx koordinasiyanı təmin etməyi özlərinə məqsəd qoyurlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 11 İyun 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















