Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

İran, Rusiya və İsrail arasında ilişib qalan Əsəd rejimi

İran, Rusiya və İsrail arasında ilişib qalan Əsəd rejimi

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Suriya prezidenti Bəşər Əsədə atası Hafiz Əsəddən miras qalan Tehran-Dəməşq ittifaqı 2011-ci ilin martında Suriyada başlayan vətəndaş müharibəsi ilə tədricən zərurətə çevrilib. Bu vəziyyət Yaxın Şərqdəki hazırkı müharibə kontekstində Əsəd üçün narahatedici yükə çevrilib.

Xüsusilə, 2024-cü ilin 17-18 sentyabr tarixlərində “Hizbullah”ın istifadə etdiyi 3000-dən çox peycer və radionun partlaması ilə nəticələnən hadisələr İsrailin Livanda “Hizbullah”a qarşı başlatdığı hərbi əməliyyatın xəbərçisi idi. Bu vəziyyət həm Beyrutda, həm də Dəməşqdə ciddi təşviş yaradıb.

Publika.az xəbər verir ki, İsrailin Livana hücumundan bir ay əvvəl Suriyanın Baş Kəşfiyyat İdarəsinin direktoru general Hüseyn Luka Beyruta gizli səfər edib. O, “Hizbullah” baş katibinin müavini Naim Kasımla görüşündə İsrailin təxribatlarına qarşı diqqətli olmaq və hərbi tələyə düşməmək lazım olduğunu vurğulayıb.

Qeyd edək ki, Bəşər Əsəd rejimi 2011-ci ildən bəri ən mürəkkəb problemlərdən biri ilə üzləşib: Suriya-Livan sərhədində nəzarəti saxlamaq. Bu bölgə həm “Hizbullah”, həm də İran üçün strateji əhəmiyyət kəsb edir. İsrail Qəzzada işğalını davam etdirib Livanda müharibə aparsa da, 40 ilə yaxındır əsas hədəfi şübhəsiz ki, Suriyadır.

İran liderləri hesab edirlər ki, “Hizbullah”ın ağır məğlubiyyəti onların milli təhlükəsizliyinə ciddi təsir göstərəcək. Livan qrupu İranın İsrail və ABŞ-a qarşı ilk müdafiə xətti və strateji sövdələşmə vasitəsi kimi qiymətləndirilir. Bu kontekstdə İran Suriya-Livan sərhədindən keçidi təmin etmək üçün “Hizbullah”a üstünlük verir və bu vəziyyət Əsəd rejimi üçün getdikcə daha böyük problemə çevrilir.

İsrail Suriya-Livan sərhədinə nəzarəti ələ keçirmək üçün üç hərbi ssenarini müzakirə edib:

Livana quru müdaxiləsi: Bekaa Vadisi və Baalbek kimi ərazilərə hücum planı. Ancaq bu, çox bahalı və mürəkkəb seçimdir.

Suriyada quru əməliyyatı: Qolan təpələri vasitəsilə Dəməşqin qərbinə doğru irəliləyərək sərhədi bağlamaq cəhdi. Rusiyanın Suriyadakı mövcudluğu səbəbindən bu variant o qədər də uğurlu deyil.

İntensiv hava zərbələri: İsrail sərhəddəki keçid məntəqələrinə hava zərbələrini gücləndirib. Lakin bu hücumlar “Hizbullah”ın logistik əməliyyatlarının qarşısını tam ala bilməyib.

İran 2011-ci ildən bəri Əsəd rejiminə hərbi və iqtisadi dəstək verməklə Suriyadakı təsirini artırıb. Lakin bu vəziyyət Əsədi İranın maraqlarından asılı vəziyyətə salıb. Bu asılılıq rejim üçün həm təhlükəsizlik, həm də iqtisadi baxımdan ciddi risklər yaradır. Rusiya isə fərqli yanaşma nümayiş etdirir. Moskva Suriyadakı maraqlarını İrandan ayırmaqla, Əsəd rejiminin sağ qalmasına və Aralıq dənizi sahillərindəki bazalarının qorunmasına üstünlük verir.

Rusiyanın bu mövqeyini İsrailin Suriyadakı İran hədəflərinə qarşı hava zərbələrinə susmasında da görmək olar. Məsələn, 2024-cü ilin sentyabrında İsrail İran İnqilab Keşikçiləri Korpusuna məxsus hərbi obyektə hücum edəndə bölgədəki Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemləri işə salınmayıb.

Əsəd rejimi Tehran, Moskva və Təl-Əviv arasında güc balansında ilişib qalıb. İran “Hizbullah”ın zəifləməsini və Suriya-Livan sərhədinin bağlanmasını öz milli təhlükəsizliyinə təhdid kimi görür. İsrail “Hizbullah”ı zəiflətmək və Suriya sərhədinə nəzarəti ələ keçirmək istəyir. Rusiya isə neytral mövqe nümayiş etdirir, lakin konkret müdaxilə etmək istəmir.

Bu üçlü təzyiq altında Bəşər Əsəd rejimi həm daxili təhlükəsizlik, həm də xarici əlaqələr baxımından kritik mərhələdədir. İsrailin Əsədə təhlükə kimi baxması və Rusiyanın dəstəyinə ehtiyacı rejimin gələcəyini qeyri-müəyyən edir.

Əsədin bu mürəkkəb tənlikdəki çətinlikləri təkcə xarici aktorlarla məhdudlaşmır. Daxili siyasətdə də ciddi problemlərlə üzləşir. Suriya iqtisadiyyatı illərdir davam edən müharibə və sanksiyalar səbəbindən iflasa uğramaq ərəfəsindədir. İranın iqtisadi yardımı məhdud qalsa da, Rusiya-Ukrayna müharibəsinə görə öz resurslarını Suriyaya ayırmaqdan çəkinir. Bu vəziyyət xalqın rejimə inamını daha da zəiflədir.

Bu şəraitdə Əsədin bir neçə variantı var:

İranla harmoniyanın qorunması: İranın dəstəyini itirmək Əsəd rejimi üçün ciddi risk yaradır. Lakin bu dəstəyin davam etməsi Dəməşqi tamamilə Tehrandan asılı vəziyyətə salmaqla Əsədin siyasi məkanını daraldır. Xüsusilə, “Hizbullah”a davamlı dəstək Əsədin İsraillə birbaşa münaqişəyə sürüklənməsi riskini artırır.

Rusiyaya yaxınlaşma: Rusiya Suriyanın ərazi bütövlüyü və rejimin sağ qalmasında öz maraqlarını qorumaq istəyir. Lakin Moskvanın İrana qarşı uzaq mövqeyi Əsədin balanslaşdırma siyasətini daha da mürəkkəbləşdirir. Rusiyanın Əsədə birbaşa hərbi və ya iqtisadi dəstək vermək əvəzinə neytral müşahidəçi rolunu mənimsəməsi rejimə olan təzyiqləri aradan qaldırmır.

İsraillə dolayı əlaqə: İsrail “Hizbullah”ın Suriya-Livan sərhədindəki varlığını Əsəd rejiminin zəif nöqtəsi kimi görür. Əsədin sərhəd nəzarətini artırmaqla İsraili qane etmək cəhdləri İranla münasibətlərdə böyük problemlərə yol aça bilər. Lakin belə bir addımı rejimin İsraillə münaqişədən qaçmaq strategiyası kimi qiymətləndirmək olar. Livanda pərdə arxasında Dəməşq rejiminin “Hizbullah”ın üç idarəçisi ilə bağlı dolayı kəşfiyyat məlumatlarını gizli şəkildə İsrailə sızdırdığı, lakin İsrailin bunu kafi görmədiyi bildirilir.

Bu üç variant arasında ilişib qalan Əsəd həm xarici siyasətdə, həm də daxili idarəetmədə ciddi qeyri-müəyyənliklə üzləşib.

Aysel Şahmar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://publika.az
archiveBu xəbər 26 Noyabr 2024 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri