Icma.az
close
up
RU
İran səfiri:”Sərhədlərin açılması üçün danışıqlar gedir”

İran səfiri:”Sərhədlərin açılması üçün danışıqlar gedir”

Icma.az, Gununsesi saytına istinadən bildirir.

İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkə arasında sərhədlərin açılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqlarla bağlı açıqlama verib.

Gununsesi.info xəbər verir ki, Ərdəbilə səfər edən səfir bildirib ki, danışıqlarda ən mühüm mövzulardan biri də iki ölkə arasında sərhəd-buraxılış məntəqələrinin fəaliyyətinin, eləcə də nəqliyyat axınının bərpasıdır.

Səfir bu məsələnin hər iki xalq üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.
“Sərhəd daşımaları və sərhədi keçmək üçün əlverişli şərait hər iki ölkənin vətəndaşlarının rifahı üçün vacibdir. Sərhədlərin açılması və hərəkətin sadələşdirilməsi İran və Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsinə səbəb olacaq”, – deyə Müctəba Dəmirçilu qeyd edib.
Qeyd edək ki, Azərbaycanla İran arasında sərhədlərin açılması həm ixracı, həm də idxalı canlandıracaq. Bu, xüsusilə cənub bölgəsində – Astara və Lənkəran kimi rayonlarda ticarətin genişlənməsinə səbəb ola bilər.
Eyni zamanda, Azərbaycan Respublikası vətəndaşları İranın ucuz və yüksək standartlara cavab verən müalicəvi imkanlarından yararlana biləcəklər.
Yeri gəlmişkən bildirək ki, 2000-ci illərdən bəri İran Azərbaycanın vətəndaşları üçün əsas tibbi turizm məkanı olub. Ən çox Təbriz, Tehran, Ərdəbil və Məşhəd şəhərlərinə gedirdilər.
Xüsusilə göz, ürək-damar, plastik cərrahiyyə, stomatologiya və sonsuzluq müalicəsi üçün Azərbaycan vətəndaşları İrana üz tuturdular.
Mətbuatda gedən məlumatlara görə, 2010–2015-ci illərdə hər il on minlərlə azərbaycanlı İranda müalicə alırdı. Lakin pandemiya dövründə sərhədlər bağlandığından tibbi turizm faktiki dayandı.
Beləliklə, sərhədlərin açılması yalnız bir inzibati qərar deyil, həm də strateji addım kimi dəyərləndirilir.

Afət Abbasova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Sentyabr 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri