Icma.az
close
up
RU
İran susuzluq məngənəsində

İran susuzluq məngənəsində

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranda illərdən bəri davam edən, xüsusən yay mövsümündə kəskinləşən su çatışmazlığı özünün pik həddinə çatıb. Ölkə rəsmiləri və mütəxəssislər su təminatında ciddi böhran vəziyyəti ilə bağlı açıqlamalar verir, mediada bununla bağlı həyəcanlı xəbərlər və təhlillər yayılır.

Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni videosüjetdə qeyd olunur.

Müəllif qeyd edir ki, vətəndaşların gündəlik həyat və məişətində susuzluğun doğurduğu çətinliklər sosial şəbəkələrin əsas mövzularından birinə çevrilib:

"Rəsmi məlumata görə, hazırda İranın 50 şəhərində və 24 əyalətində kəskin su çatışmazlığı mövcuddur. Başqa bir məlumata əsasən, ölkə ərazisinin dörddə üçündə susuzluqla əlaqədar gərginlik yaşanır. Ən kritik durum paytaxt Tehranda və onun ətrafında müşahidə olunur və burada "qırmızı vəziyyət"in hökm sürdüyü bildirilir. İran Energetika Nazirliyi də su təchizatı ilə bağlı ən böyük gərginliyin 20 milyon insanın yaşadığı Tehran və Əlborz bölgəsində mövcud olduğunu açıqlayıb.

Nazirliyin bildirdiyinə görə, hazırda Tehran və ətrafını su ilə təmin edən beş su anbarında adi halda olduğundan 511 milyon kubmetr az su vardır. Onlardan birinin - Kərəc su bəndinin vəziyyəti ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi narahatlıq doğurub və bölgə sakinlərini çox çətin bir yayın gözlədiyini üzə çıxarıb. Ölkə prezidenti Məsud Pezeşkian vəziyyətin deyildiyindən daha pis olduğunu bildirib, həmçinin su ehtiyatlarının idarə olunmasının mövcud metodlarının artıq işə yaramadığını söyləyərək, əsas problemin, İran cəmiyyətinin düşündüyü kimi, idarəetmədə olduğunu vurğulayıb. İyulun 20-də isə İran prezidenti hökumət üzvlərinin və mütəxəssislərin iştirakı ilə su çatışmazlığının həlli yollarına dair xüsusi müşavirə keçirib".

İran susuzluq məngənəsində

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 İyul 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see841

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see556

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see318

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see301

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see287

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see284

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see282

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see272

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see236

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see210

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see182

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see175

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri