İran təyyarəsi ABŞ nin sanksiyalarına baxmayaraq, Çində eniş etdi
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın "Mahan Air" aviaşirkətinə məxsus təyyarə ABŞ-nin qüvvədə olan sanksiyalarına baxmayaraq, bu gün Çinin cənubundakı Quançjou şəhərində eniş edib.
Bizim.Media xəbər verir ki, bu barədə "FlightRadar24" uçuş izləmə xidmətinə istinadən "AFP" məlumat yayıb.
Qeyd olunub ki, IRM093 reysi yerli vaxtla saat 16:39-da Quançjouya enib. Bununla belə, "Mahan Air" təyyarəsinin eniş yeri qeyd olunsa da, reysin adı Quançjou "Bayyun" hava limanının rəsmi saytında görünməyib.
Buna qədər Vaşinqton Tehranın aviaşirkətlərinə və onlar ilə əməkdaşlıq edən qurumlara qarşı tədbirlər görəcəyi ilə hədələmişdi.
ABŞ-nin maliyyə naziri Skot Bessent iki gün əvvəl xəbərdarlıq etmişdi ki, İran təyyarələrinə "eniş zamanı xidmət göstərən" ölkələr dollar maliyyə sistemindən kənarlaşdırıla bilər.
"AFP" həmçinin xəbər verir ki, "Mahan Air"in Şanxaydakı ofisinin əməkdaşları agentliyin jurnalistinə uçuşların ləğvi ilə bağlı heç bir bildiriş almadıqlarını bildiriblər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 24 Sentyabr 2026 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















