Icma.az
close
up
RU
İsrail İran gərginliyi: Azərbaycan tərəfləri razılıq üçün vahid diplomatik mövqeyə gətirə bilərmi?

İsrail İran gərginliyi: Azərbaycan tərəfləri razılıq üçün vahid diplomatik mövqeyə gətirə bilərmi?

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

“Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hər zaman çoxşaxəli, praqmatik və milli maraqlara söykənən xarici siyasəti yürüdüb və digər ölkələrlə, o cümlədən İran və İsrail ilə qarşılıqlı hörmət, suverenlik və qarşılıqlı maraqlara əsaslanan ikitərəfli əlaqələr qurur”.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov “I24 News” telekanalının fransız redaksiyasına müsahibəsində bildirib.

Elçin Əmirbəyov qeyd edib ki, Azərbaycanın məqsədi bu ölkələr arasında fikir müxtəlifliyi kontekstində tərəf tutmaq deyil, əksinə konstruktiv rol oynamaq və mümkün olduğu təqdirdə onların bir-birlərini qarşılıqlı şəkildə anlamasına töhfə verməkdir:

“Biz qətiyyətlə inanırıq ki, regional gərginliklər dialoqa mane olmamalıdır və gizli diplomatiya bəzən yumşalmaya doğru gözlənilməz yollar aça bilər. Biz, məhz bu ruhda hərəkət edirik: ehtiyatlı, tarazlı və məsuliyyətli şəkildə”.

Siyasi məsələlər üzrə analitik Aqşin Kərimov Bakıvaxtı.az-a Elçin Əmirbəyovun çıxışının mahiyyətində incə diplomatik nüansların olduğunu bildirib.

Kərimov hesab edir ki, Əmirbəyov Azərbaycanın İsraillə İran arasında vasitəçilik üçün müxtəlif diplomatiya formatlarından istifadə etməsi ilə bağlı sətiraltı sensasion mesajı çatdırır.

“Ehtimal ki, Azərbaycan İranla İsrailin heç olmasa, texniki xarakterli razılıq əldə etməsi üçün görüşlərin təşkil edilməsinə səy göstərir. Bu görüşlərin baş tutacağı təqdirdə, Azərbaycan İranla İsrail arasındakı brokerliyini məhdud çərçivələrdən çıxarıb daha çoxşaxəli diplomatiya kanalı kimi inkişaf etdirə bilər”,-deyə A.Kərimov əlavə edib.

Aqşin Kərimov: Azərbaycan tərəflərin fikir mübadiləsi aparması üçün unikal imkanlara malik ola bilər, ancaq...

 Onun fikrincə, Azərbaycanın hərbi eskalasiya və ya geosiyasi qarşıdurma tərəflərini eyni masa ətrafına cəmləmək təcrübəsi, bunun İran-İsrail münasibətlərindəki elementləri rəsmi Bakının yeni dünya nizamındakı geosiyasi möveyini möhkəmləndirir. Bununla belə, müsahibimiz düşünür ki, Azərbaycanın İranla İsrail arasındakı problemləri köklü olaraq müsbtə doğru əvəzləməsi çətin məsələdir.

Onun sözlərinə görə, əgər Azərbaycanın diplomatiya marşrutlarını inkişaf etdirərək, bunu 1979-cu il İslam İnqilabından bu yana bir-birlərinə düşmən mövqe sərgiləyən İran-İsrail qarşıdurmasına proyeksiya edirsə, bu, olduqca müsbət haldır.

“Lakin sual olunur: Azərbaycan İranla İsrail arasında mümkün genişmiqyası gərginlik zamanı onları razılıq üçün vahid bir diplomatik mövqeyə gətirə biləcəkmi? Hipotetik olaraq, bu, mümkündür, çünki Azərbaycan hər iki tərəfin fikir mübadiləsi aparması və onların bir-birlərinə etimad mühitini formalaşdırmaq üçün unikal imkanlara malik ola bilər. Ancaq bu, İranla İsrailin strateji mövqelənmələrindən irəli gələn və bir-birlərinə göstərdiyi kəskin rəqabət performasının öhdəsindən gəlmək üçün yetərli olmayacaq”,-deyə Aqşin Kərimov fikrini yekunlaşdırıb.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Sentyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri