İran uran ehtiyatlarının zənginləşdirilmə dərəcəsini azaltmağa hazır olduğunu bildirib
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
İranın ABŞ ilə danışıqlar zamanı yüksək dərəcədə zənginləşdirilmiş uranı aşağı dərəcəli urana çevirməyə hazır olduğunu ifadə etdiyi iddia olunur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı öz mənbəsinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, ötən həftə İslamabadda keçirilən danışıqlar zamanı ABŞ yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının İslam Respublikasından çıxarılmalı olduğunu bildirib. NBC News-un həmsöhbətinin dediyinə görə, İran bunun əvəzinə uran ehtiyatlarının zənginləşdirilmə dərəcəsinin aşağı salınmasına hazır olduğunu ifadə edib. Bu proses "daha təhlükəli olan yüksək dərəcədə zənginləşdirilmiş uranın" "təbii və ya daha az zənginləşdirilmiş uran" ilə qarışdırılmasını nəzərdə tutur.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 15 Aprel 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















