İran uranı zənginləşdirmək hüququndan əl çəkməyəcəyini bildirir
Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Tehranın uranı zənginləşdirmək hüququndan əl çəkməyəcəyini bildirib.
Bu barədə RİA Novosti yazır.
Agentlik Ali Milli Təhlükəsizlik Şurasının katibindən sitat gətirir: “Kütləvi qırğın silahlarından imtinanı vurğulamaqla yanaşı, İran nüvə sahəsində müstəqillik, o cümlədən yanacaq dövriyyəsi və uranın zənginləşdirilməsi kimi qanuni hüquqlarından geri çəkilməyəcək”.
Əhmədian qeyd edib ki, beynəlxalq təhlükəsizlik arxitekturası bütün ölkələr və xalqların iştirakı olmadan mümkün deyil və həmçinin vurğulayıb ki, təhlükəsizlik hökmranlığın rədd edilməsinə, xalqların azadlığına və ölkələr arasında bərabərhüquqlu münasibətlərin qurulmasına əsaslanmalıdır.
Bundan əvvəl “The New York Times” İsrailin baş naziri Binyamin Netanyahunun Vaşinqtonun nüvə proqramı ilə bağlı Tehranla razılığa gəlsə belə, İrana hücumu sanksiya edə biləcəyini yazmışdı.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 28 May 2025 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















