İran və ABŞ arasında yeni mərhələ başlayıb Bölgədə balans dəyişir?
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yaxın Şərqdə aylarla davam edən gərginlikdən sonra İran və ABŞ arasında yeni mərhələ başlayıb. Tərəflər arasında əldə olunan ilkin razılaşma yalnız hərbi qarşıdurmanın dayandırılması deyil, həm də uzun illərdir bağlı qalan diplomatik və iqtisadi kanalların yenidən açılması cəhdi kimi qiymətləndirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında qeyd edilib.
İsveçrədə keçirilən danışıqların ilk mərhələsi başa çatıb. Pakistan və Qətərin vasitəçiliyi ilə aparılan görüşlərdə tərəflər 60 gün ərzində yekun sazişə nail olmaq üçün yol xəritəsi üzərində razılığa gəliblər. Bunun üçün sanksiyalar, nüvə proqramı, iqtisadi inkişaf və monitorinq məsələləri üzrə ayrıca işçi qrupları yaradılıb.
Lakin əsas problem hələ də qalır. Vaşinqton İranın nüvə proqramı üzərində daha ciddi nəzarət tələb edir. Tehran isə nüvə fəaliyyətinin yalnız dinc məqsədlər daşıdığını bildirərək əlavə öhdəliklər götürdüyünü təsdiqləmir. ABŞ rəsmiləri Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin İrana qayıda biləcəyini desələr də, İran tərəfi bununla bağlı yekun razılığın olmadığını vurğulayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 24 İyun 2026 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















