İran və Ermənistan ikinci Norduz körpüsünün tikintisi barədə razılaşıblar
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tehran və İrəvan ikinci Norduz körpüsünün tikintisi barədə razılığa gəliblər.
APA xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran mətbuatına verdiyi açıqlamasında bildirib.
“Yol sahəsində iki ölkə ikinci Norduz körpüsünün tikintisi, mövcud körpünün yaxşılaşdırılması, terminalların nizamlanması və yük maşınları üçün rüsumların tənzimlənməsi ilə bağlı ilkin razılıq əldə ediblər”, – deyə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq xəbər verib.
O əlavə edib ki, Fars körfəzi ilə Qara dənizi dəmir yolu vasitəsilə birləşdirəcək strateji layihə irəliləyir.
“İranda Culfa istiqamətində dəmir yolu artıq mövcuddur və onun Naxçıvandan İrəvana qədər davam etdirilməsi təsdiqlənib. Bu dəmir yolu İran, Azərbaycan, Ermənistan və Avropa arasında tranzitdə mühüm rol oynaya bilər”, – deyə Sadiq qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 19 Avqust 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















