Icma.az
close
up
RU
İran və İsrail arasında uzun müddət davam edən kölgə savaşı artıq açıq meydan müharibəsinə çevrilib

İran və İsrail arasında uzun müddət davam edən kölgə savaşı artıq açıq meydan müharibəsinə çevrilib

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İran çalışır ki, nüvə doktrinasına yenilik gətirsin və onun konkret hərbi istiqamətdə olması fəaliyyətini gücləndirsin, bunu bir regional və qlobal təhdid vasitəsi olaraq istifadə etsinlər. Bu baxımdan gərginliyin hansı istiqamətlərdə getdiyini görmək mümkündür”.

Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb. Siyasi şərhçi qeyd edib ki, bu gərginlik İsrail dövlətinə yönəlib və heç də təsadüfi deyil ki, İsrailin rəsmi şəxsləri və yaxud keçmişdə yüksək vəzifədə olan şəxslər, o cümlədən İsrailin keçmiş müdafiə naziri Benni Qantz İranın nəzarətindəki silahlı qrupların, terror təşkilatlarının nə qədər təhlükəli olduğu məsələsini açıqlamağa çalışır və bilir ki, bu təhlükənin əsas mənbəyi İrandır, bu səbəbdən də açıq şəkildə bildirir ki, “birbaşa İran hədəf alınmalıdır”.

Sadiq İsabəyli

Sadiq İsabəyli qeyd edib ki, İsrail artıq İranın nüvə və terror təhdidini ciddi bir təhdid kimi qəbul edir,  bu təhdidə qarşı indiki şəraiti strateji bir fürsət olaraq dəyərləndirir və deyir ki, “əgər biz bundan istifadə etməsək, böyük xətaya yol vermiş olarıq”. Şərhçinin fikrincə, bu vəziyyət bir sıra həqiqətlərdən xəbər verir.

“İran rejiminin terror təşkilatlarına verdiyi dəstək, həm ideoloji, həm maddi baxımdan ciddi dəstəkdir. Sadəcə Bəşər Əsədin hakimiyyətdə qalması üçün İran rejimi 50 milyard dollar bu rejim pul xərclədi. Orada hərbi təlimlərin keçirilməsi, etirazçıların kütləvi şəkildə öldürülməsi və bir çox cinayətlərin törədilməsinə biz 13-14 il şahid olduq və milyonlarla Suriya vətəndaşının sürgün, qaçqın həyatı yaşamasına məcbur olmalarına biz şahid olduq. Digər tərəfdən “Hizbullah” terror təşkilatı vasitəsilə İsrail dövlətinin hər gün təhdid olunması, İsrail dövlətinə və İsrail vətəndaşlarına hər gün hədə-qorxu gəlmələr, orada yaşayan vətəndaşları qorxutmaq üçün hər gün ora raketlər atmaq və İsrail daxilində terror aktlarının keçirilməsinin şahidi olduq. İsrailin daxilində sivil vətəndaşları bıçaqlayırlar, sivil vətəndaşları silahla öldürürlər və bütün bu hadisələrin həyata keçirilməsi İranın göstərişi ilə baş tutur. Yəni İran rejimi İsrailin daxilində olan vətəndaşları, xüsusilə gənc insanları, orada yaşayan ərəb vətəndaşlarını müxtəlif vədlər, pul və digər imkanlarla ələ alır. Sonra o şəxslərə bir sıra tapşırıqlar verir. Tapşırıqların içində həm də terror əməliyyatları durur”-deyə Sadiq İsabəyli bildirib.

“İranın bir tərəfdən nüvə fəaliyyətlərinin hərbi istiqamətə yönəlməsi, hərbi istiqamətdə yönəlmiş nüvə fəaliyyətinin İsrailin məhvi üçün istifadə olunması səbəbi, digər tərəfdən bölgədə terror və terrorizmin dəstəklənməsi və onlara verilən yardımlar onu göstərir ki, heç də İsrailin keçmiş və yaxud bu günkü müdafiə naziri bu məsələləri görməzdən gələ bilməz. İsrailin mövcud müdafə naziri açıq şəkildə deyir ki, “Haniyəni Tehran biz öldürdük”. Bu da o deməkdir ki, artıq o kölgə savaşından, yəni İran və İsrail arasında mövcud olan "kölgə savaşı" artıq açıq bir savaşa dönüşüb və İsrail də buna öz hazırlığını bildirir. Çünki əvvəllər İsrail olan İran rejiminə bağlı qüvvələr və yaxud İran rejiminin “Sipahi-Qüds” qoşununa bağlı olan qüvvələri də aradan götürmüşdü. Hətta Qasım Süleymaninin öldürülməsi sürəcində İsrail bu məsələni sükutla qarşıladı və heç bir reaksiya göstərmədi. Sanki belə bir məsələ olmayıb. Bir çox hadisələrədə İsrail elə davranıb ki, sanki heç bir toxunuşu olmayıb. Sadəcə ehtimallar üzərindən bir mütəxəssislər bu hadisənin kim tərəfindən həyata keçirilməsini təhlil edib. Bugün İsrailin müdafi naziri “Haniyə, Həsən Nəsrullahı öldürdük və Yəməndə olan “Husi”lərin liderlərini də bu aqibət gözləyir” deyir və vurğulayır ki, “artıq Yəmənlə bağlı biz işimizi başlamışıq. “Husi” terror təşkilatlarına artıq zərbələrimizi endirəcəyik”. Bu fikirlər boş yerə deyilmir və gözardı edilməyəcək. Çünki Yəməndəki “Husi” terror təşkilatı etiraf etsə ki, “İsrailə atdığımız raketlər Yəmən istehsalıdır”, heç kim buna inanmaz. Hamı bilir ki, bu raketlər İran tərəfindən verilib. Bu raketlərin atılması və s. məsələlər “Sipahi-Qüds” tərəfindən həyata keçirilir. Və İran rejimi bu terror hadiələrinin arxasındadır”-deyə Sadiq İsabəyli əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Dekabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri