Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

İran və “müqəddəs yer boş qalmır” prinsipi

İran və “müqəddəs yer boş qalmır” prinsipi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Yaxud “regionda sərhədlərin dəyişməzliyi”nə sözardı

Əslində, bir çox məqamlar maraqlı olduğu qədər də qəlizdir. Bu qəlizlik fonunda ortaya çıxan bir vacib nüans var ki, o da yaşadığımız Cənubi Qafqaz regionunun önəmidir. Bu önəm isə demək olar ki, hər kəs tərəfindən vurğulanır. Elə İran rəsmiləri də məsələnin üzərində dayanırlar.

Bəli, İran Cənubi Qafqazla sıx bağlılıq tellərinə malikdir və bu, ölkə üçün təbii maraqlar formalaşdırıb. Elə maraqlar ki, onlarla hesablaşılması lazımdır. Eyni zamanda, onu da vurğulamalıyıq ki, regionda İslam respublikasının mənafelərini nəzərə almadan hərəkət böyük təhlükəsizlik riski yaradır. Riskin ən müxtəlif tərəflərindən söz açmaq mümkündür. Amma buna ehtiyac duymuruq. Çünki mövzumuz başqadır.

İran rəsmilərinin son illər dilə gətirdiklərinin əndişədənmi, ya nədənmi qaynaqlandığı müəyyən deyil. Güman edirik, Cənub qonşumuzun malik olduğu potensial narahatlıq üçün əsas verməməlidir. Ancaq, necə deyərlər, barmağı tətikdə olmaqda fayda var. Hərçənd, bu yerdə barmağın tətikdə olması obrazlı düşüncə məhsuludur. Yəni, mütləq anlam daşımır.

Mütləq anlam daşıyan Cənubi Qafqazın İran rəsmilərinin də bildirdikləri kimi, sülh, əməkdaşlıq, inkişaf və rifah regionuna çevrilməsinin vacibliyidir. Hər halda, ölkənin Xarici işlər nazirinin müavini Səid Xətibzadənin “İrəvan dialoqu – 2025” mövzusundakı beynəlxalq konfransda dediklərindən gəldiyimiz qənaət budur.

Əvvəla, onu vurğulayaq ki, cənab Xətibzadə Cənubi Qafqaz müstəvisində son dərəcə vacib məqamlara və tendensiyalara toxundu, regiona kənar müdaxilələrin yolverilməzliyini əsaslandırdı. O, belə nəticəyə gəldi ki, geosiyasi rəqabət və mübarizə regionun xəritəsində dəyişiklik yaratmamalıdır.

Yəqin, ifadə tərzi tanış gəldi. Çünki İranın Ermənistandakı səfiri Mehdi Sobhani bütün bunları mütəmadi olaraq təkrarlamaqla məşğuldur. Ancaq Xətibzadədən fərqli olaraq, Sobhani mətləbə birbaşa gəlir. İlk baxışdan, belə təəssürat yaranır ki, o, İranı yox, Ermənistanın rəsmisidir.

Amma, prinsip etibarilə, Xətibzadə ilə Sobhaninin düşüncələri arasında elə bir fərq yoxdur. Onların dilə gətirdikləri fikirlərdəki başlıca məqamı vurğuladıq. Ancaq, gəlin görək Cənubi Qafqazda sərhədlərin dəyişməzliyi, ərazi bütövlüyünün, suverenliyin toxunulmazlığı klişesini yayan hansı tərəfdir? Cavab məlumdur: Ermənistan və onun xaricdəki havadarları. Onlar bu cəfəngiyyatı nə üçün ortaya atıblar?

Əlbəttə, bu məsələdə anti-Azərbaycan fəaliyyətin müxtəlif çalarlarından söz açmaq mümkündür. Bəli, hazırda Cənubi Qafqazda sərhədlərin dəyişməzliyi klişesinin ortaya atılması erməni avantürizmini qorumaq niyyətinə hesablanmış gedişdir. Amma yenə də deyək ki, İranın öz baxış bucağının mövcudluğunu anlayırıq. Məsələn, cənab Xətibzadə İrəvanda qədim zamanlardan bəri regiondan keçən yollardan söz açıb. Hətta, vaxtilə İranın Böyük İpək yolunun mərkəzində dayandığını vurğulayıb. Onun, müəyyən mənada, “biz var idik, siz yox idiniz” eyhamına da iradımız yoxdur. Çünki İranın regiondakı varlıq fəlsəfəsindən xəbərdarıq. Səfəvilərdən tutmuş Pəhləvilərədək, hətta İslam inqilabınadək olan mərhələdən, İran adlı reallığın meydana çıxmasından da həmçinin. Hələ daha qədim dövrü də bilirik.

Nə isə məqsədimiz tarixdən yox, müasir reallıqlardan söz açmaqdır. O reallıqlar ki, 44 günlük müharibədən sonra meydana çıxdı. Azərbaycanın tarixi Zəfəri və torpaqlarını işğaldan azad etməsi regiondakı bir sıra nizamları dəyişdi. Üstəlik, indi üzdə olan sülh egidası da məhz həmin savaşın nəticəsidir.

Sülh və sabitlik, ilk növbədə, ədalətli yanaşmadan asılıdır. İran otuz ilə yaxın davam etmiş erməni işğalına münasibətdə hansı mövqeni tutdu? Ölkədə ali səviyyədə ədaləti bərpa etmək barədə düşünənlər oldumu? Tutalım oldu, onların səsi nə dərəcədə eşidildi? Əslində, cavabına susqunluğun hakim kəsildiyi bu sayaq sualları sıralamaq mümkündür. Amma gələcəyə baxırıq. Daha doğrusu, baxmaq istəyirik.

Ona görə də 44 günlük müharibədən sonra Ermənistana sülh əlimizi uzatdıq. Əlimiz havada qaldı. 2023-cü ilin lokal xarakterli antiterror tədbirlərindən – ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildikdən sonra da bunu etdik, amma durum dəyişmədi. Sülh müqaviləsinin mətnini hazırladıq. Ermənistan uzun müqavimətdən sonra sənədlə razılaşdı, daha doğrusu, razılaşmaq məcburiyyətində qaldı. İranın regiona bağlı dövlət kimi prosesə hansısa töhfəsi oldumu? Xeyr!

Sözümüz heç də o deyil ki, Tehran Bakı ilə İrəvan arasında vasitəçilik etməli idi? Ancaq Azərbaycanın, guya, Ermənistanın ərazisini işğal etmək niyyətinə dair cəfəngiyyata regionda sərhədlərin dəyişməzliyinin yolverilməzliyi məntiqi ilə dəstək göstərməmək mümkün idi və indi də mümkündür. Nəhayət, Ermənistanın suverenliyin və ərazi bütövlüyünün toxunulmazlığı klişesi ilə Naxçıvana gedən yolu əngəllədiyini görmək bu qədərmi çətindir? Fikrimizcə, yox! Axı Ermənistanın öz ərazisindən Naxçıvana maneəsiz yol verməyi ölkənin işğalı kimi qiymətləndirilə bilməz.

İran regionda kənar qüvvələrin at oynatmasına razı deyil və bu, onun təbii haqqıdır. Azərbaycan dövləti də bu qənaətdədir ki, Cənubi Qafqaza tarixi və coğrafi yaxınlığı olmayan ölkələr mövcud platformada söz sahibinə çevrilməməlidirlər. Ancaq məsələyə “Müqəddəs yer boş qalmır” prinsipi ilə yanaşmaq lazımdır. İran bu yeri doldurmaq üçün nə edib? Bir qədər əvvəl ölkənin erməni işğalına göz yummaqla ədalətsizlikdə pay sahibinə çevrildiyini vurğuladıq. İllərlə Qarabağ və işğal edilmiş digər torpaqlarımız xarabazara çevrildi. Halbuki, belə olmamalıydı. Çünki bu bölgələr regional inkişafın mərkəzində dayanacaq qədər müqəddəs ərazilər idi. Hesab edirik ki, İran da məsələyə məhz bu kontekstdən yanaşaraq, regiona sahiblənmək əzmini ortaya qoysaydı, faydalı olardı. Təəssüf ki, olmadı...

44 günlük müharibədən sonra Azərbaycan Türkiyə ilə birlikdə “3+3” regional məşvərət formatı ilə çıxış edib. İran hazırda ideyaya dəstək göstərir və platformada təmsil olunur. Bu platforma regional inkişafa daha səmərəli töhfə vermək, ən başlıcası haqqında söz açdığımız müqəddəs yerə sahiblənmək əzminə, onu boş qoymamaq məramına söykənir. Bu platforma regional “Benilüks” üçün bünövrədir. Elə bir bünövrə ki, onu gerçəkləşdirmək, bölgəyə sahiblənməyin əsaslı şərtlərini müəyyənləşdirir, “Qafqaz evi” ideyasına körpü yaradır.

Odur Avropada sərhədlər yoxdur. Əlbəttə, demirik ki, hazırda yaşadığımız coğrafiyada da belə bir durum mümkündür. Ancaq hesab edirik ki, İran ənənələrə malik ölkə kimi mövcud düzəndə etimad quruculuğuna töhfə vermək üçün səy göstərə bilər. Amma Xətibzadə sərhədlərin dəyişməzliyindən danışır. Dahi Sabirin təbirincə desək, əcnəbi seyrə balonlarda gəzir, biz hələ avtomobil minməyiriz.

Görəsən, İranda regionda sərhədlərin dəyişməzliyi prinsipinin, faktiki olaraq, Ermənistana dəstək mahiyyətini dərk edənlər yoxdurmu? Axı o Ermənistandır ki, sərhədlərində Avropa İttifaqının mülki müşahidə missiyası keşik çəkir və bu təsisatın da hansı məqsədlə regionda olduğu məlumdur. Əlbəttə, Azərbaycan da Aİ ilə əməkdaşlıq edir. Ancaq ölkəmiz dünyanın bir çox qütbləri ilə fəal əlaqələr tembrinə malikdir.

Ümumən, ölkəmizin yürütdüyü xətt heç vaxt regional prinsiplərə xələl gətirməyib. İrandakı bəzi dairələrin Bakının İsraillə yaxınlığı məsələsini qabartmaları da mənasızdır və bununla bağlı iddiaların, əslində, bəhanə xarakteri daşıdığı aşkardır. Hər halda, bu cür bəhanələri kəsmək mümkündür. Ən azından ona görə ki, Azərbaycanın indiyədək keçdiyi yol, qazandığı etimad var. Təkcə bir məqamı vurğulayaq ki, ölkəmiz Qərbin illərdir davam edən anti-İran koalisiyasında yer almayıb. Görəsən, bu gün Ermənistanın Qərbpərəst xəttində anti-İran motivinin olacağını təxmin etmək bu qədərmi çətindir?

Sonda bir məqamı da vurğulayaq. Əlbəttə, dediklərimizdən heç də o nəticə çıxmamalıdır ki, biz İranın Ermənistanla durumunun pisləşməsini istəyirik. Əsla, belə niyyətimiz yoxdur. İkincisi, nə qədər yarıtmaz mövqe tutsa da, mövcud coğrafiyada, ya vəlvələdən, ya da zəlzələdən erməni amili var, ermənilər yaşayırlar və yaşayacaqlar da. Başlıca məsələ regionun mənafeyidir. Yəni, bütün tədbirlər bu mənafenin qorunması naminə olmalıdır. İran da tarixi ənənələrə malik ölkə kimi mövcud istiqamətdə çalışmalı, reallığı qiymətləndirməli və onlar çərçivəsindəki təminatların formalaşmasına çalışmalıdır. Söhbət dayanıqlı və davamlı sülhə aparan təminatlardan gedir. Regionda sərhədlərin dəyişməsinin yolverilməzliyi kimi klişelər isə hansısa təminat demək deyil.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 May 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see477

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see377

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see338

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see292

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see289

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see284

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see202

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see152

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri